“Rusiya Xarici İşlər Nazirliyinə ciddi etirazımız çatdırılacaq” - Hikmət Hacıyev

“Rusiya Xarici İşlər Nazirliyinə ciddi etirazımız çatdırılacaq” - Hikmət Hacıyev

"Bunu regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndiririk. Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyil. Əksinə regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir”.

Aktual.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Abxaziya separatçılarının lideri Raul Xadjimbanın Rusiya XİN-nin MDB ölkələri ilə üzrə idarəsinin rəisi Aleksey Pavlovski, habelə qondarma "DQR”, Dnestryanı və Cənubi Osetiya respublikalarının nümayəndələri ilə görüşünü şərh edərkən bildirib.

H.Hacıyev "Qondarma rejimlərin nümayəndələrinin Rusiya XİN-nin nümayəndəsi ilə qarşı-qarşıya oturmasını necə qiymətləndirmək olar?” sualına cavab olaraq deyib ki, diplomatik kanallarla etirazımız və ciddi narahatlığımız Rusiya XİN-nə çatdırılacaqdır.

Aktual.az
Xəbər 570 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR