Rəşid Behbudovun 100 illiyi qeyd olunub

Rəşid Behbudovun 100 illiyi qeyd olunub

Dekabrın 14-də Heydər Əliyev Sarayında SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı, ölməz korifey sənətkarımız Rəşid Behbudovun anadan olmasının 100 illiyi qeyd olunub.

Tədbir Prezident İlham Əliyevin sənətkarın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq sərəncama əsasən təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Aktual.az-a  verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları sarayın foyesində sənətkarın ömür yolundan və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sənətkarın ömür yolundan və Azərbaycan musiqisinin təbliğindəki xidmətlərindən danışıb.

Tədbirin bədii hissəsi Rəşid Behbudovun öz ifasında "Azərbaycan” mahnısının videolentinin nümayişi ilə başlayıb.

Gecədə tanınmış musiqiçilər Rəşid Behbudovun repertuarından "Tələsin insanlar”, "Sevgilim”, "Alagöz”, "Bahar sənsiz”, "Əziz dost”, "Sənə də qalmaz”, "Gözəlim sənsən”, "Qızıl üzük” və digər mahnıları ifa ediblər.

Həmçinin Rəşid Behbudovun öz ifasında lentə alınmış mahnılar yenidən təqdim olunub.

Sonda bütün musiqiçi iştirakçılar birlikdə "Azərbaycan” mahnısını səsləndiriblər.
 







Xəbər 68 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR