Qaynını kombi aparatına görə öldürən yeznə: "İt kimi peşmanam"- (FOTO)

Qaynını kombi aparatına görə öldürən yeznə:

Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan şəhər sakini Təhmasib Fərəcovun (1982-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Aktual.az xəbər verir ki, bu il yanvarın 4-də Təhmasib Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarətlər yetirib. Nəticədə sonuncu evin yaxınlğında kəskin qanitirmədən dünyasını dəyişib. Həmin gün Xətai RPİ 34-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Fərəcov tutulub və istintaqa təqdim edilib.

İstintaqın gedişatında məlum olub ki, Rövşən Cəfərov yeznəsi Təhmasib Fərəcovun evinə qonaq gəlib. Onlar yeyib-içdikdən sonra həyat yoldaşı tort kəsib. Söhbət əsnasına Təhmasiblə Rövşən arasında kombi borcuna görə mübahisə yaranıb. Sərxoş vəziyyətdə olan Cəfərov ona olan pul borcuna görə iradını bildirib. Nəticədə Fərəcov tort kəsilən bıçaqla qayının döş qəfəsinə zərbələr endirib. Yaralanan şəxs küçəyə qaçıb, lakin təxminən 200 metr getdikdən sonra huşunu itirərək, yerə yıxılıb və massiv qanitirmədən vəfat edib.

Məhkəmə prosesində Təhmasib Fərəcov ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, qayınları ilə münasibətləri yaxşı olub. O, Rövşənə suqızdırıcı aparatı satdığını bildirib. Həmin gün Cəfərov onlara gələrək, aparatın işləmədiyini deyib. Bu səbəbdən, Təhmsib Rövşənə evindəki suqızdırıcısını aparmasını, ona satdığını isə qaytarmasını təklif edib. Deyib ki, o həmin kombini düzəldəcək. Bu zəmində aralarında mübahisə yaranıb. Rövşən söyüş söyməyə başlayıb. Bir neçə dəfə xəbərdarlıq edən Təhmasib ondan çıxıb getməsini tələb edib. Lakin sonuncu söyüş söyə-söyə üzərinə gəlib, bu səbəbdən Fərəcov mətbəx bıçağı ilə Cəfərova zərbələr vurub. Fikiri, onu qorxutmaq olub. Yaralanan Rövşən hadisə yerindən özü uzaqlaşıb :
"Mən bıçağı arvadıma verdim və ona deyəsən qardaşını vurduğunu dedim. Yarımsaata yaxın Rövşənə zəng etdik, amma o cavab vermədi. Sonra onun telefonuna polis əməkdaşı cavab verdi. 34-cü bölməyə gəlməsini bildirdi. Polisə gedib, hər şeyi olduğu kimi danışdım. Bu cinayəti görə it kimi peşmanam. Öz ailəmi, onun ailəsni başsız qoydum".

Növbəti proses mayın 18-nə təyin edilib.




Xəbər 858 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR