Qancıqdan törəyən küçüklərin zingiltisi...

Qancıqdan törəyən küçüklərin zingiltisi...

İllərdən 2013, məkanlardan Ankara, Türkiyə Parlamenti.

Tələsə-tələsə qeydiyyatdan keçməyə çalışıram, aralarında qısa fasilələr olmaqla bir neçə millət vəkili ilə görüşüm var. Qeydiyyatdakı “arkadaş” olduqca yavaş hərəkət edir və donquldanır. Nə dediyini kəsdirə bilməsəm də qulağıma “siz şu azeriler yokmusunuz...” ifadəsi çalınır. Susuram, pasportumu alıb getməyə çalışıram. “Bəyəfəndi”nin səsi yüksəlir. Daxili səsim “səbr elə Nigar, sus, gecikirsən” deyir. Pasportumu birtəhər alıb pillələri çıxanda arxadan gələn “siz azeriler var ya...” ibarəsinə ayaq saxlayıram. Və beləcə məndə iplər qopur. Hirslə geriyə dönüb, əlimdəki yaşıl pasportu qeydiyyat masasının üstünə çırpıram:

“ - Nolmuş biz azerilere? Lafına dikkat et, biz azeri deyiliz!

- Etmezsem nolur? Eminönü sizin gibilerle dolu. Rusların elini-eteğini öpersiniz hep!

- Nolur biliyormusun? Sen bana bunu söyleyecek cesareti kendinde  buluyorsan ben de sana bir ermeni iti hrant için sokaklarda “hepimiz ermeniyiz” deye haykıracak kadar şerefsiz olduğunu söylerim! Ve şimdi yukarı kalkar Türkiye Büyük Millet Meclisinde Azerbaycan devletine hakaret edildiğini beyan ederim! Senin gibilerdir burada ermeniye, benim ülkemde de rusa köpeklik yapanlar! Şerefsiz!”

Dialoq mənim arxamı dönüb getməyimlə yekunlaşır, “arkadaş” və bir neçə nəfər yoldaşı arxamca qaçırlar:

“ - Hanımefendi yapmayın.

- Neden? 

- Benim çoluğum-çocuğum var, onların ekmeğile oynamayın. Sizden rica ediyorum.

Əllərim əsir, qarşımda millətimi təhqir edən eyni zamanda ailəsinin çörəkpulu üçün yalvaran gözlərlə baxan bir kişi var:

- Bizim farkımız nedir, biliyormusun? Sen tanımadan karşındakına hakaret edecek kadar haysiyyetsiz, ben tanımadığım senin çocuğuna acıyacak kadar onurlu biriyim. Çünkü ben Azerbaycan Türküyüm! Bu farkı asla unutma!”


Yuxarı qalxıram. Millət vəkili Atilla Qaya məni gözləyir. Masasının üstündə Azərbaycan bayrağı, başının üstündə Elçibəyin şəkli var. Bu hadisəni ona deyib deməməkdə bir an, sadəcə bir an tərəddüd edirəm və yadıma Azərbaycana biznes üçün gələn bir iş adamı ilə söhbətim düşür:


“ - Hanımefendi, sigara alırmısınız?

- Yox, çox sağ olun.

- Neden?

- Azərbaycanda xanımlar siqaret çəkməzlər.

- Hayır, ben kaç gündür sigara içen bayanlarla birlikteyim. Modern kadınlardır, içki de içiyorlar. 

- Ola bilər. Siz onlarla harada tanış olmusunuz?

- Diskotekte, gece klubunda. Onlar çok canayankındırlar.

- Aydındır. Təşəkkür edirəm.

- Neden?

- Bir evi tanımağa ayaqyolundan başladığınız üçün!”


Fikrimdən vaz keçirəm. Orada olduğum günlər ərzində TBMM də müsahib olduğum sabiq və indiki millət vəkilləri, Rəsulzadənin məzarı başında fəxri qarovulda dayanan o iki nəfər, TRT-dəki dostlar bu hadisəni mənə unutdurur. Bəli, TRT-də, MHP-də, AK Partiyada, CHP-də Azərbaycanı sevən minlərlə, milyonlarla insan var Türkiyədə. Bu sevgi birtərəfli deyil. Sovet dönəmindən qalma aclığı, həsrəti doyurmağa çalışan Azərbaycan da var. 


Böyük başın dərdi böyük olar deyiblər. Nə etməli, iki ölkə arasındakı bu sevgi həm də iki ölkənin siyasi və iqtisadi həyatında “burunsoxma” cəhdlərinə də səbəb ola bilir. Böyük arenada deyil, kiçik sahələrdəki şəxsi maraqlar hərdən toqquşur, oranın əli bura, buranın əli ora uzanır. Şəxslərin rolu qaçılmaz olur. Hər kəs öz aqilliyindən ya da naqisliyindən yola çıxır. Və beləcə aləm qarışır bir-birinə. Nəzərə alaq ki, yeddidən yetmişə hamı siyasətlə maraqlanır, informasiya əksikliyi hərəyə öz düşüncəsinə görə təhlil imkanı verir. İş belə olanda da “hərə qandığı qədər ağrıyır”.  


Bu situasiya Türkiyədə də təkrarlanır. Yaxşı bildiyim, şahidi olduğum bir məqama diqqət çəkmək istəyirəm. Əminəm ki, bir çoxlarının bundan xəbəri yoxdur. Türkiyədə və dünyada yaşayan türklər arasında Qarabağ müharibəsi başlayandan bəri Azərbaycana dəstək adı ilə minlərlə qurban pulları toplanır. Türk Ocaqları, Diasporlar, adını bilmədiyim federasiyalar qardaş ölkəyə dəstək adı ilə hər il Qurban bayramında Bakıya nümayəndə göndərirlər. Burdakı Türk qurumlarının iştirakı ilə qurbanlıqlar kəsilib, təşkilatlar vasitəsilə ehtiyacı olanlara paylanılır. (!)


Ya da Bakıdan birini seçib pulu onun hesabına yatırırlar və onu buraxırlar öz vicdanına. Nəticə, o “qurbanlıq”lar Azərbaycanda “vodka”, Türkiyədə “rakı” masasına məzə olur. Çılpaq rəqqasələrin döş aralarında o pulu toplayanların mərhəməti, haqqı çatanların isə aclığı gizlənir. Və beləcə mənim əziz, möhtəşəm, Çin səddini yenmiş irqimin Turan arzuları bir millətin dəyərləri üzərindən oynanan oyunlarda sındırılır, əzilir.


Azərbaycandakı o süfrələrdə şəhid ailələrinin problemləri “masaya yatırılır”, Türkiyədəki süfrələrdə isə “Çırpınırdı Qara dəniz” hayqırılır!


Olmaz, deməyək, yazmayaq, susaq... özümüz özümüzü vurmayaq, düşmən sevindirməyək...

Qulağımız batır, əfəndilər! Qədəhlərinizin cingiltisi Ötükəndən gələn at nallarının səslərini batırır, qulac saçlı türk qızları ərşə çəkilir. Qadınlar oğul doğmur Türk elində!

Fərqindəmisiniz?! 


Qancıqdan törəyən küçüklərin zingiltisinə aldanıb gedirik ö(ü)zümüzə “gülən” “papa”lar axtarmağa...


Biz Azərbaycandan Türkiyədəki konfranslara “kəndi”lərini dəvət etdirib “mən Qarabağda döyüşdüm, əsgərlərin yaralarını bağladım, atam da, qardaşım da şəhid olub” deyə iştirakçıları hönkür-hönkür ağladan, oysa müharibənin yaxınından-uzağından keçməyən, məhz o “fəaliyyətlər” hesabına bu gün “sayğı görən”ləri də tanıdıq...


“Heydər Əliyev rejimi bizi ölkədən didərgin salıb” - deyə Türkiyədə ağı deyənlərin, Vətən, Millət deyə döşünə döyüb ac, kasıb amma mərd ülkücülərin işçi maaşı hesabına sevgililərinə dəniz səfası yaşadanlara da şahid olduq... 

Susduq...

Çünki,

Türkiyə ilə Azərbaycan Arazın o tayında və bu tayında qalan məmləkət kimidir.  Oradan biri daş atanda burdan birinin başını yarmır, ürəyinə saplanır. Qanı da Araza dönüb axır aramızda. Belə olmasaydı süfrəsindəki paxlavaya sahib çıxan, türk qəhvəsinin arxasınca UNESCO-ya gedən bir millətin “Sarı gəlin” mahnısını illərdir erməninin deyə təqdim etməsi, Novruz bayramının “Nevroz” olması necə qəbul edilə bilərdi ki? (Ay mənim Anadolulu qardaşım, səni Turana bağlayan nə dəyər varsa, ya kürdləşdirilir, ya erməniləşdirilir, sən bizim ruslaşmağımıza, farslaşmağımıza niyə təəccüblənirsən ki?). 


Qanımız bir deyilmi...

Bir millətin iki dövlətində baş verənlər hamıya əyandır, əslində. Bu gün daşı atan Turqut Ər, başını tutan da Tənzilə xanımdır. 

Bu polemika ilk deyil, son da olmayacaq.  


Sadəcə, siyasi səhvlərinə görə Azərbaycandan göndərilən cənab Turqut Ərin düşüncələri soyadına yaraşmır. (Bu qədər ölkəmi sevən olsaydı...!) Klaviatura arxasından sərf olunan kəlmələr, deyilən sözlər nə bizdəki, nə sizdəki səhvi düzəldəcək, Turqut bəy. Çünki “siz” “biz”i, “biz” də “siz”i vurmağa çalışdığımız müddətcə bizdən BİZ olmayacaq! 


Xəbəriniz varmı, illərdir israrla, inadla qaralamağa çalışdığınız o LİDERİN lider oğlu idi dünən enerji forumunda Putinə qarşı Türkiyə prezidenti ilə qoşa dayanan! 


9 milyonluq bir xalq üçün bunun nə demək olduğunu siz məndən daha yaxşı bilirsiniz.


Mənim fərd olaraq sözüm bu qədər. Dünənki o mənzərə, iki böyük millətin iki böyük qardaş başçılarının o duruşu sizə və sizin düşüncədə olan insanların pis əməllərinə ən böyük cavabıydı, əslində...

Sizə, dünyaya, Türkü sevməyənlərə!

“Yerindən hər duranın bir daş atdığı” Turan ülküsü o duruşun sayəsində gerçəkləşəcək! 

Vətən Turan olacaq, Türkün adı gəldiyi yerdə qan duracaq!

Savaş duracaq. 

Bax onda sizin “rusyanlı” adlandırdığınız Heydər Əliyevin cənazəsini qürbətdə qoymadığı, ülküsünü qızına ad eləyən dahi Cavidin ruhu şad olacaq. 

Tanrının övladlarına salam ilə

Nigar İSFƏNDİYAR  

Xəbər 3050 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR