Prezidentin fərdi təqaüdünün məbləği artırıldı – 1450 manata qədər

Prezidentin fərdi təqaüdünün məbləği artırıldı – 1450 manata qədər

 Prezident İlham Əliyev fevralın 22-də "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb. 

Aktual.az-ın məlumatına görə, fərman ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi daşıyır
Fərmanla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilir.
 
Aktual.az
Xəbər 616 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR