“Paşinyan başından böyük qələt edib” - AÇIQLAMA

“Paşinyan başından böyük qələt edib” - AÇIQLAMA

"İlk gündən mövqeyim bu olub ki, düşmənin yaxşısı və ya pisi olmur. Ermənilər 200 ildir ki, bizim xalqla düşmənçilik aparırlar. Onların xalq siyasətində "türk düşməndir”, "dənizdən dənizə böyük Ermənistan qurmalıyıq” və " Azərbaycanın ərazilərini maksimum dərəcədə işğal etməliyik” prinsipləri durur. Ermənistanda hakimiyyətə kimin gəlməyindən aslı olmayaraq uzun illərdir bununla yaşayırlar”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, erməni "dığa"sı Paşinyanın Qarabağ mövzusunda radikal çıxışları daxili ictimai rəyə hesablanıb: "Paşinyana qədər Ermənistanda Qarabağ klanı hakmiyyətdə olub. Onların maddi imkanları genişdir. Həmçinin də hal-hazırda Ermənistan parlamentində 50 yaxın Qarabağ klanının deputatı var. Hakimiyyət strukturlarında geniş formada təmsil olunurlar. Paşinyan isə, bu klanı zəiflətmək üçün hər cür yollara əl atır. Məhz Qarabağla bağlı çıxışlar edərək, xalqı öz ətrafında toparlamaq istəyir. Sosial bazasını genişləndirir. Qarabağ məsələsində özünü Sarkisyandan daha radikal göstərir. Dağlıq Qarabağın ayrıca subyekt kimi danışıqlar prosesinə cəlb edilməsi barədə bəyanatların da əsasında bu amil dayanır.

Paşinyanın xalqımızla bağlı başından böyük qələt etməyinə gəldikdə isə, hər kəs bilir ki, Ermənistanın arxasında duran Rusiyadır. Rusiya Qarabağ məsələsində neytral mövqe tutsa, Azərbaycan ordusu Paşiniyanı tək qulaqlı edər. Andranik kimi tək qulaqlı gəzər. Digər məsələ isə, Paşinyanın xalqımıza və dövlətimizə qarşı səsləndirdiyi aşağılayıcı fikirlərdən yararlanaraq bəzi xəstə adamların ölkəmizdə kampaniya aparması faktıdır, bu erməni dığasının sərsəm açıqlamalarını tirajlayırlar, təbliğ edirlər. Bu şəxslər özünü Azərbaycan xalqının nümayəndəsi sayırsınızsa və yenə də Paşinyanın aşağılayıcı fikirlərinin təbliğinə davam edirsinizsə, o zaman belə anlaşılır ki, aşağılanmaqdan, təhqir olunmaqdan xoşunuz gəlir. Bunun adı isə mazaxizmdir. Yox əgər özünüzü Azərbaycan xalqının təmsilçisi hesab etmirsinizsə, o zaman erməni olduğunuzu etiraf edin, biz də Azərbaycanın işğal altında olmayan ərazilərində yaşayan ermənilərlə bağlı rəqəmlərdə dəqiqləşdirmə aparaq”.

Xəbər 2400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR