PA rəsmisi: “Xarici siyasətin çevikliyi Azərbaycanı Qafqazın lider dövləti səviyyəsinə qaldırıb”

PA rəsmisi: “Xarici siyasətin çevikliyi Azərbaycanı  Qafqazın lider dövləti səviyyəsinə qaldırıb”

"Azərbaycanın ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xarici siyasət kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təmini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır”

APA-nın məlumatına görə, bu barədə President Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov  "Azərbaycan” qəzetində dərc olunan məqaləsində yazıb.
 
O qeyd edib ki, bu mənada beynəlxalq normaların həyata keçirilməsi məsələsi ölkənin ərazi bütövlüyünün təmin edilməsi kimi əsas vəzifənin tərkib hissəsinə çevrilir: "Situasiyanı mürəkkəbləşdirən amillərdən biri həmin istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən daim maneələrin olmasıdır.
 
Burada müəyyən mənada qapalı dairə yaratmaq cəhdləri hiss olunur: bir tərəfdən, Azərbaycandan əhalinin əsas azadlıq və hüquqlarının təmin edilməsi tələb edilir, digər tərəfdən isə, bunun üçün əlverişli beynəlxalq mühit yaratmaq cəhdlərimizə əngəl yaradılır. Müstəqillik əldə etdiyimiz dövrdən bu yana həmişə süni problemlərin yaradıldığının şahidi olmuşuq. Onların sırasında "Azadlığa Dəstək Aktı”na olan məlum 907-ci düzəlişi, Ticarət Aktına edilən Cekson-Venik düzəlişini, Avropa Şurasının söz azadlığı və "siyasi məhbuslar”la bağlı daha çox keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq aparılan kampaniyanı, milli azlıqlarla əlaqəli sayı bitməyən monitorinqlərin təşkilini (Cənubi Qafqazın digər ölkələrinə bu cür münasibət bəslənilmir) və başqalarını misal gətirə bilərik”. 

Aktual.az
Xəbər 22 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR