Nemtsovun qatilləri barədə hökm çıxarıldı

Nemtsovun qatilləri barədə hökm çıxarıldı

Məhkəmə Rusiya müxalifətçisi Boris Nemtsovun qətli haqqında iş üzrə hökm çıxarıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Moskva dairə hərbi məhkəməsi beş nəfəri qətldə günahkar hesab edib və cəzalarını ciddi rejimli koloniyada çəkməklə 11 ildən 20 ilə qədər azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Zaur Dadayev 20 il müddətinə həbs cəzasına məhkum edib. Bununla bərabər, Dadayev 100 min rubl cərimələnib. Məhkəmə həmçinin Dadayevi bütün ordenlərindən və leytenant rütbəsindən məhrum edib.
Bundan başqa, Anzor Qubaşev 100 min rubl cərimə ilə 19 il, Qubaşevin qardaşı Şahid 100 min rubl cərimə ilə 16 il, Tamerlan Əskərxanov 100 min rubl cərimə ilə 14 il və Xamzad Baxayev 100 min rubl cərimə ilə 11 il azadlıqdan məhrum edilib.
İttiham edilən vəkilləri yaxın günlərdə hökmdən şikayət edəcəklər. Öz növbəsində Nemtsovun ailəsinin vəkilləri hesab edirlər ki, qətlin təşkilatçıları və sifarişçiləri daha böyük cəza almalıdır.
Qeyd edək ki, Boris Nemtsov 27 fevral 2015-ci ildə saat 23:40 radələrində Moskvanın mərkəzində qətlə yetirilib. Mərhum siyasətçiyə küçədə ağ avtomobildən dörd dəfə atəş açılıb. Kürək nahiyyəsindən aldığı yaralardan o, hadisə yerində keçinib.
İstintaqın versiyasına görə, "Şimal batalyonu”nun keçmiş zabiti Ruslan Muxudinov qətlin güman edilən sifarişçi və təşkilatçısıdır. Ona qiyabi ittiham təqdim edilib və 2015-ci ilin noyabrından beynəlxalq axtarışdadır. Onunla bağlı ayrı cinayət işi açılıb.
 
Aktual.az
Xəbər 591 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR