MSK növbədənkənar prezident seçkisi barədə qərar verdi

MSK növbədənkənar prezident seçkisi barədə qərar verdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin təyin edilməsi məsələsinə baxılıb.
 
"Report”un xəbərinə görə, MSK sədri Məzahir Pənahov deyib ki, Prezident İlham Əliyev aprelin 11-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb: "Prezidentin növbədənkənar Prezident seçkilərini elan etmək səlahiyyəti var”.
Məsələ səsə qoyularaq qəbul edilib.
 
*****

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

"Report”un xəbərinə görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi, növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planının təsdiq edilməsi, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması, MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi daxildir.
Qeyd edək ki, Prezident İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
 
Aktual.az
Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR