Jurnalın baş redaktorunu və anasını çəkiclə öldürən narkomanın cəzası dəyişdirilməyib - (EKSKLÜZİV FOTO)

Jurnalın baş redaktorunu və anasını çəkiclə öldürən narkomanın cəzası dəyişdirilməyib - (EKSKLÜZİV FOTO)

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Ruhin Allahverdiyevin (1977-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəlləri məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, 2016-cı il yanvarın 19-u gecə saat 2 radələrində Nərimanov RPİ 18-ci polis bölməsinin əməkdaşları 
Hacı Məmmədov küçəsindəki 4 saylı evin 8№i mənzilində, qonaq otağında 1949-cu il təv. Janna Məhərrəmovanın, hamam otağının qarşısında 1982-ci il təv. Aleksandr Məhərrəmovun meyitlərini aşkar ediblər. Dərhal sonra hadisə yeri ekspertlərin və rayon prokurorluğu əməkdaşlarının iştirakı ilə müayinə edilib. Aleksandr Məhərrəmovun marketing və satış sahəsində çalışması, "Biznes-dialoq” onlayn jurnalının təsisçisi və baş redaktoru olması məlum olub. 

Hadisədən 10 gün sonra Nərimanov RPİ-nin əməkdaşları şübhəli şəxs qismində Ruhin Allahverdiyevi saxlayaraq, istintaqa təqdim ediblər.

İstintaqla müəyyən edilib ki, Ruhin Allahverdiyev narkotik vasitələrin əldə edilməsinə maddi imkanı olmadığından pul vəsaitini quldurluq yolu ilə ələ keçirmək qərarına gəlib. Bu məqsədlə yanvarın 17-də yaşadığı evdən kəlbətin, izolent, vintaçan və çəkic götürüb torbaya yığaraq, səhər saat 10-da əvvəllər tanıdığı və evlərində usta kimi işlədiyi Aleksandr Məhərrəmovun Hacı Məmmədov küçəsində yaşadığı mənzilə yollanıb. Güya iş görmək üçün gəldiyini bildirən Allahverdiyev, mənzilə daxil olandan sonra qonaq otağında oturub Janna Məhərrəmova ilə bir qədər müxtəlif mövzularda söhbətlər aparılıb. Aleksandr Məhərrəmovun hamam otağına keçməsini görən şəxs silah qismində cəkicdən istifadə edərək, qadının baş nahiyyəsinə çoxsaylı zərbələr vurub. Cinayətkar əməllərini davam edən Ruhin dəhlizdə Aleksandra hücum edərək, həmin alətlə onun da başından ardıcıl xəsarətlər yetirib. İki şəxsi xüsusi amansızlıqla həyatdan məhrum edəndən sonra Allahverdiyev Aleksandr Məhərrəmova məxsus içərisində 200 manat, dəyəri olmayan 6 ədəd plastik kartları və şəxsiyyət vəsiqəsi olan 3 manat dəyərində pul kisəsini, anasına məxsus çantadan 20 manat pulu, evin açarlarını və 1 manat dəyərində olan kofe içdiyi fincanı ələ keçirib və bununla da quldurluq edib. 


Təqsirləndirilən şəxs qismində dindirilmiş Ruhin Allahverdiyev bildirib ki, Yasamal rayonunun 1-ci Alatava qəsəbəsində yaşayıb. 1995-99cu illərdə Pedaqoji İnstitutun Filologiya fakultəsində oxuyub, sonra 1 il hərbi xidmətdə olub. 97-ci ildə ailə həyatı qurub, birgə nigahdan 2 oğlu var, "Azərneftyanacaq” istehsalat birliyində montajçi çilingər işləyib. Ordan da çıxandan sonra fərdi qaydada, tanışların sifarişi əsasında evlərdə usta işləyərək pul qazanıb. 2006-cı ildə narkoloji mərkəzdə stasionar şəraitdə müalicə alıb, 2008-ci ildə narkotik maddələrdən istifadə etdiyinə görə Xətai rayon məhkəməsinin hökmü ilə 1 il azadlıqdan məhrum olunub və cəzasını 17 saylı cəzaçəkmə müəssisəində çəkib. Rəşad Abbasovla 1995-ci ildə Bakı Dövlət Universitetinin hazırlıq kursunda oxuyub, lakin 2000-ci ildən əlaqələri kəsilib. Abbasov təhsilini Türkiyədə davam etdirib və bir müddət orda yaşayaraq özəl şirkətlərin birində satış üzrə menecer işləyib. Sonradan Bakıya qayıdaraq, həmin şirkətin yerli nümayəndəsi olub. 2014-cü ilin yay aylarında işsiz  olduğu üçün Ruhin Rəşadla əlaqə saxlayıb, işlə bağlı köməklik etməsini xahiş edib. Görüş zamanı Abbasov ona satdıqları laminatın quraşdırılması işi ilə məşqul olduğunu bildirərək, ona montaj ustası kimi işləməyi təklif edib. Allahverdiyev razılaşıb, digər ustaların yanında işi öyrənib və sonra sifariş olunan yerlərdə işləməyə başlayıb. Rəşadla işlədiyi müddətdə, onun Aleksandr Məhərrəmov tərəfindən marketinq və satış mövzusunda keçirilən təlimlərdə iştirak etdiyini eşidib. Günlərin birində Rəşad Aleksandrın hamam otağında yenidən nasazlıq olduğunu bildirərək, ora getməyi xahiş edib. Bu səbəbdən Məhərrəmovun evinə gedib, sonuncu dəfə kafelləri yerinə vurmalı və hamamda kənarları bərkitməli idi. 2015-ci ilin noyabr ayında Aleksandr Ruhinə 35 manat pul verib. Amma həmin pula narkotik vasitə alıb, istifadə edib. Ümumilikdə Allahverdiyev onun evində 3-4 dəfə iş görüb, 2-3 dəfə də material üçün pul alıb, xərclədiyindən iş görə bilməyib. 

2016-cı il yanvarın 17-də Məhərrəmovun yanına getməyi qərara alıb. Belə ki, həmin gün cibində pul olmayıb və güman yeri yalnız Aleksandr olub. Fikirləşib ki, alətlərlə birgə onlara gedib, rola girər və üzrxahlıq edib, güya iş görməyə gəldiyini söyləməklə, pul əldə edər. Təxminən səhər saat 10 radələrində Aleksandrın anası Janna qapını açdığına görə, o içəri daxil olub və qadına işlərini görməyə gəldiyini bildirib. Ruhin kofe içərkən Aleksandr yuxudan oyanıb, hamam otağına getməmişdən əvvəl qonaq otağına keçib, onunla salamlaşıb. Ruhin ayağa qalxaraq dəhlizə keçib və torbada eşələnməyə başlayıb, həmin vaxt Janna Məhərrəmova əlində növbəti fincan kofe ilə yanından qonaq otağına keçib. O, alətləri tumbanın üstünə boşaldıb, çəkici torbada saxlayaraq, əlində tutub, qadının arxasınca otağa girib. Şkafın yanında arxası ona tərəf dayanan qadına sakitcə yaxınlaşan Ruhin, onun başına çəkicin yastı hissəsi ilə möhkəm zərbələr vurub. Zərbələrdən Janna Məhərrəmivanın başı dağılıb və hər yerə qan sıçrayıb. O, dəhlizə çıxıb hamam otağına doğru addımlayıb, Aleksandr hamamdan çıxarkən dərhal onun da baş nahiyyəsindən bir neçə zərbə endirib. Axırıncı zərbə güclü olduğundan Məhərrəmov yerə yıxılıb. Sonuncunu belə vəziyyətdə görüb, pis olduğu üçün dəhlizdə əlinə keçən parça materialı onun başının üstünə atıb və üstündən daha bir zərbə vurub. Artıq Aleksandrın da öldüyünü başa düşüb, idman çantasını görüb, çəkici və digər alətləri içinə yığıb. Tumbanın üstündə qara rəngli pul qabına baxdıqda orda 200 manat məbləğində pul, plastik kartlar və Məhərrəmovun şəxsiyyət vəziqəsinin olmasını görüb, onu çantaya qoyub. Daha sonra qadın çantasının içindən 20 manat pul və evin açarlarını, həmçinin qonaq otağından kofe içdiyi fincanı da əl-barmaq izlərinin qalmaması üçün, götürüb, çantaya atıb. Qapını açarla bağlayıb və sakitcə aşağı düşüb, blokdan çıxan kimi sağa dönüb, üzü "Nərimanov” metrosu tərəfə getməyə başlayıb. Qara rəngli, markası yadında qalmayan taksiyə oturub 5 mərtəbə adlanan əraziyə sürməsini xahiş edib. Tanışı Eldar Aydəmirovun evinə gəlib, sənədləri, kartları və çəkici qoyduğu torbanı ocaq qalayıb, yandırıb. Əynində olan jaketi və şalvarı başqa torbaya qoyaraq zibilxanaya atıb. Həmin axşam tanımadığı şəxsdən narkotik maddə olan heroin alaraq, istifadə edib. Səhərisi gün isə saat 17 radələrində Azneft dairəsinə gedib və ordan bulvara keçib, çəkici dənizə tullayıb. Hadisə barədə heç kimə məlumat verməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhin Allahverdiyev ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Allahverdiyevin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü 
qüvvəsində saxlanılıb. 
 










































Xəbər 1851 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR