DİQQƏT! Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib

DİQQƏT! Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib

Bakıda Ziya Bünyadov prospektinin bağlanması ilə əlaqədar bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib.

Aktual.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən  APA-ya verilən məlumata görə, Z. Bünyadov prsopektinin bağlanması ilə əlaqədar metronun "20 Yanvar" və Qələbə dairəsindən metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edən bütün marşrut avtobuslarının hərəkət trayektoriyasında dəyişiklik edilib. Səbəb sərnişinlərin tıxacda qalmasının qarşısını almaqdan ibarətdir.
 
Qeyd edək ki, Bakıya yağan aramsız yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

Aktual.az 

Xəbər 674 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR