İntensiv yağış Bakıda nəqliyyatın hərəkətini iflic edib

İntensiv yağış Bakıda nəqliyyatın hərəkətini iflic edib

Bakıda yağan intensiv yağış paytaxtın əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib. 

Aktual.az xəbər verir ki, Report-un Nəqliyyatı İntellektual İdarətetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hazırda Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospketi (kənar və əsas yolda, mərkəzə doğru), Afiyəddin Cəlilov küçəsi, Nobel prospekti (mərkəzə doğru), Niyazi küçəsi (hər iki istiqamətdə), habelə Əbdürrəhim bəy Haqverdiyev (Dövlət Statistika Komitəsi istiqamətində), Səməd Vurğun küçəsi ("Təzə bazar”a doğru), Abbasqulu ağa Bakıxanov küçəsi (hər iki istiqamətdə, nisbi sıxlıq) və Tbilisi prospektində ("Nizami” metro stansiyasına doğru) tıxac yaranıb.

Aktual.az

Xəbər 725 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR