"Banu"nun aparıcısı "Space"dən getdi


Space TV-nin məşhur aparıcısı Günel Həsənzadə kanalla yollarını ayırıb. 

Aktual.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, "Banu” verilişinin siması yeni sezonda sözügedən televiziyanın efirinə çıxmayacaq. 

Həsənzadənin yeni iş yeri də məlum olub.  Belə ki, teleaparıcı sentyabr ayından etibarən ARB TV-nin ekranında görünəcək.  Onun proqramının adı isə hələlik məlum deyil.

Qeyd edək ki, Günel bir müddət əvvəl ARB-də yayımlanan "Gəlin danışaq” verilişindəki ailəsi və şəxsi həyatı barədə etirafları müzakirələrə səbəb olmuşdu. 

 
Aktual.az
Xəbər 1095 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR