Bakıda evli qadını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Bakıda evli qadını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində 22 yaşlı qadını qətlə yetirən 1961-ci il təvəllüdlü Vidadi Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az  report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Qarayev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin iyul ayının 2-də Bakı şəhər Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada baş verib. İttiham aktına əsasən, 1961-ci il təvəllüdlü V.Qarayev Tərtər rayon sakini olan tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının boğazına bıçaqla vuraraq onu öldürüb.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan V.Qarayev ilkin ifadəsində bildirib ki, G.Aslanlı ilə bir müddət əvvəl tanış olub və aralarında münasibət yaranıb. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.
V.Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə ittiham olunub.
 
Aktual.az
Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR