Bakıda 26 yaşlı gənci güllələyən şəxs tutulub – FOTO

Bakıda 26 yaşlı gənci güllələyən şəxs tutulub – FOTO

Bakıda 26 yaşlı gənci güllələməkdə təqsirli bilinən şəxs saxlanılıb.

Aktual.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, gecə saatlarında aralarında yaranmış münaqişə zəminində Dadaşov Elnur Etibar oğluna "Kalaşnikov” avtomatından atəş açan Babayev Ədalət Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Atəş nəticəsində güllə yarası alaraq xəstəxanaya yerləşdirilən E.Dadaşovun müalicəsi davam etdirilir.

*****

Bakıda 26 yaşlı gəncin güllələnməsinin təfərrüatları məlum olub.

Aktual.az "Report”a istinadən xəbər verir ki, Elnur Dadaşov "Kalaşnikov” avtomatından açılan atəş nəticəsində xəsarət alıb.

Belə ki, o, avtomobilini saxlayarkən E.Dadaşova odlu silahdan atəş açılıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.  

Qeyd edək ki, E.Dadaşov Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən güllələnib.

*****

Bakıda gənc oğlan tanımadığı şəxs tərəfindən güllələnib.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğluna Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən atəş açılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 





Xəbər 735 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR