Ağstafa sakini ana və qızını güllələdi

Ağstafa sakini ana və qızını güllələdi

Ağstafa sakini həmkəndlilərini güllələyib. 

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 2-də Ağstafa rayonunun Yuxarı Göyçəli kəndində rayon sakini Asim Allahverdiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən kənd sakinləri Şəfaqət Göyüşova və qızı Simizər xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
 
Ağstafa RPŞ əməkdaşları tərəfindən A.Allahverdiyevdən "Stevens" markalı tüfəng götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 822 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR