Anjey Kaspşik Tərtərdə – İcra başçısı ilə görüşdü - FOTO

Anjey Kaspşik Tərtərdə – İcra başçısı ilə görüşdü - FOTO

Nümayəndələrə məlumat verən Tərtər RİH başçısı Müstəqim Məmmədov bildirib ki, həftə ərzində ermənilər tərəfindən cəbhənin Tərtər rayonu istiqamətində atəşkəs rejimi 481 dəfə pozulub: "Bizim təmas xəttində yaşayış məntəqələrində nümayəndələrimiz var və həmin nümayəndələr gün ərzində atəşkəs rejiminin pozulmasının qeydiyyata alırlar. Təmas xəttində yerləşən yaşayış məntəqələri mütəmadi olaraq ermənilərin atəşinə məruz qalır. Biz niyə öz torpağımızda təmas xətti vəziyyətində yaşamalıyıq. Ermənistan tərəfi bütün beynəlxalq qaydaları pozur.
 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
"Report"un Qarabağ bürosunun məlumatına görə, görüşdə cəbhədəki vəziyyət müzakirə olunub.
Qeyd edək ki, bu gün Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək. 
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər.





Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR