Ailəsinə qarşı dürüst olmayan başqasının qəhrəmanı ola bilməz!

Ailəsinə qarşı dürüst olmayan başqasının qəhrəmanı ola bilməz!

Bir tanış var. Yaşlı qadındır. Bütün həyatı pisliklərdən ibarətdir. Ərini çərlətdi - axırına çıxdı, qızı ilə əlaqəni kəsib, gəlininə min cür zülm edəndən sonra oğlunun ailəsini dağıtdı, bir qonşu salam vermir, bir qohum əlaqə saxlamır. Və...dünən baxıram ki, blokdakı pişiyə yemək verir. Nümayişkəranə şəkildə. Hamının görmə amacı ilə. Ən bahalı reklamları kölgədə qoyacaq formada.

Bilmirəm, bu kompleksdir yoxsa özünü yaxşı adam olmağına  inandırma cəhdi, təlqini, amma....bir dəfə rayonda da belə bir subyektaj görmüşdüm. Kişinin xanımı xəstələndi, qımı qımıldamadı. Qanaxma ilə yataqda 3-4 gün qalandan sonra vəfat elədi. Üzərindən 2-cə ay keçməmiş isə həyətindəki inəyi yonca ilə suyu bolluca yeyib köpmüşdü. Düz 200 km uzaq rayondan təcili  həkim gətirtdi, inəyi ölməyə qoymadı.

İnsan qədri bilinməli, əzizlərim - insan!
İnsan qədrini bilinəndən sonra heyvanın yox, lap kondinsionerin toz bürümüş pərinə görə də oturub ağlayan görsəm inanacam, biləcəm ki, səmimidir. Fəqət, insan qiymətini verə bilməyənlər gedib əyinlərinə mələk libası da geyinsələr yenə inandırıcı görünməyəcəklər! 

Yaxşılıq vicdanınla düşüncə arasında olan sirrdir.
İstər insana etmiş ol, istər pişiyə, istər inəyə. 

Ən ümdəsi isə, həmin yaxşılığın düzgün sıralanmasıdır.

Ailəsinə, doğmasına, dostuna yaxşı, dürüst ola bilməyən kəs əsla və əsla başqalarının qəhrəmanı ola bilməz. Aksiomdur bu.
 
Elşğn Musayev
Xəbər 4577 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR