İcra başcıları kondisionerli otaqlardan çıxıb xalqın problemləri ilə maraqlanmalıdırlar

İcra başcıları kondisionerli otaqlardan çıxıb xalqın problemləri ilə maraqlanmalıdırlar

"Bu gün Abşeron rayonun icra başcısı İradə xanım Gülmmədova 40 000 sakini olan Abşeron rayonunun Mehdiabad qəsəbəsində sakinlərlə növbəti görüşünü keçirib. Mən özüm də Abşeron rayonun Mehdibad qəsəbəsində anadan olmuşam . Və bir qəsəbə sakini kimi, başcının sakinlərlə görüşünə iştirak etdim. Tam səmimi olaraq deyim ki, Abşeron rayonun tarixində ilk belə haldır ki, rayon icra hakmiyyətinin başcısı bütün kənd və qəsəbələrdə tez-tez səyyar görüş keçirir.  İnsanların fərdi problemlərini şəxsən dinləyir, qəsəbələrdə, kəndlərdə  mövcud problemlərin vəziyyəti ilə yaxından tanış olur. İradə xanımının səhv etmirəmsə, 2 il ərzində Mehdiabad qəsəbəsində sakinlərlə 6-cı görüşü idi. Tək bizim qəsəbədə deyil, rayonun bütün inzibatı ərazisində bu ür görüşlər keçirdir. Məncə, bu, artıq intensiv xarakter alıb. Şəxsən inanmıram ki, Azərbaycanda ikinci bir icra başcısı var ki, vətəndaşlarla bu cür görüşlər keçirsin”-  bu açıqlamanı Aktual.az saytına BAXCP sədrinin müavini, ölkənin tanınmış QHT sədrlərindən biri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, baş tutmuş görüşdə hər dəfə İradə xanım rayonda çalışan digər dövlət strukturlarının rəhbərlərini, polis rəisi, rayon prokuroru, rayon məhkəməsinin sədri və büdcə təşkilatlarının rəhbərləri də iştirak edir: " Görüş 2 saatdan artıq keçdi. Görüşə gələn 20 yaxın qəsəbə sakinlərinin fərdi problemlərini dinlədi. Demək olarki, problemlərinin həlli edilməsi üçün yerindəcə müvafiq qurumların rəhbərlərini göstəriş verdi. Başcı çox sadə və səmimi şəkildə xalqa dialoq qururdu. Dövlətimizin inkişaf üçün və vətəndaşlarımızın problemlərinin həlli olunması üçün hər bir məmurun üzərinə düşən məsuliyyəti vicdanla yerinə yetirməyin son dərəcə önəmli olduğundan danışdı. Çox önəmli bir görüş keçirildi. Mən də qəsəbəmizin bu gün problemlərdən bəhs edim. Qəsəbəmiz üçün vacib olan məsələrdən danışdım. İradə xanım da məsələnin həlli üçün yaxın günlərdə həll ediləcəyini bildirdi. Görüşdə açıq formada dedim ki, bu gün bütün rayon icra hakmiyyəti başcıları İradə xanımdan bir nümünə götürməlidirlər. Kondisonerli otaqlardan çıxıb vətəndaşların dərdi-səri ilə maraqlanmalıdırlar. Qəsəbə və kəndləri gəzməlidirlər, cənab prezident İlham Əliyevin onlara olunan böyük ehtimadı doğrultmaq üçün vicdanla çalışmalıdırlar. Bu gün icra başcıları sərin otaqlarından çıxıb, 40 dərəcə istidə xalqın arasında olmalıdırlar. Sonda İradə xanım Mehdibad qəsəbəsinin mövcud problemlərinin həlli istiqamətində ölkənin baş nazirinə, Azərsu rəhbərliyinə rəsmi olaraq müraciət də edəcəyini bildirdi...”
Xəbər 6214 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR