Azərbaycan dövləti və xalqı ilə döyünən ürək...

Azərbaycan dövləti və xalqı ilə döyünən ürək...

Görkəmli ziyalı, ictimai xadim Məşkür Qasımovun 60 illik yubileyinə həsr olunur

Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyəti sədrinin birinci müavini Məşkür Şükür oğluQasımov haqqında qeydlər

Haqqında söhbət açdığım Məşkür Şükür oğlu Qasımovun ömürlüyündən

1958-ci ilin oktyabrın 1-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Orta təhsilini Ərkivan qəsəbə tam orta məktəbində alıb. 1976-81-ci illərdə Memarlıq və İnşaat Universitetində ali təhsil alıb. 1981-ci ildən Sankt-Peterburqda yaşayır. 

O, bu şəhərdə yaşadığı illər ərzində tanınmış iş adamı, ictimai xadim kimi tanınıb,  "Viləş” Şirkətlər Qrupunun prezidenti, idman sahəsində məşhur mütəxəssis, Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində yunan-roma Güləş Federasiyasının prezidenti, Rusiya Güləş Federasiyasının vitse-prezidenti, Rusiya Federativ Respublikasının Əməkdar məşqçisi, Sankt-Peterburq şəhəri və Leninrad vilayəti Azərbaycan Milli Mədəni Muxtariyyətı Cəmiyyəti sədrinin birinci müavini, Dünya Azərbaycanlıları I və II Qurultayının nümayəndəsi  kimi şərəfli bir yol keçib. "İctimai rəy”Araşdırmalar Mərkəzinin 2012- ci ildə keçirdiyi rəy sorğusuna görə, 1978 nəfərin anket sorğusuna əsasən, Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğinəki xidmətlərinə görə, "İlin vətənpərvəri”naminasiyasının qalibi olub.  

***                          

Ümummilli lideriimiz  Heydər Əliyev 1994-cü il fevralın 23-də Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində Londonun "Hilton” otelindəbu şəhərdə yaşayan azərbaycanlılarla görüşündəonlara  dəyərli tövsiyələrini verərək deyirdi: "Vətəndən kənarda yaşayan soydaşlarımızın ürəkləri gərək daim Azərbaycanın nəbzi ilə bir vursun. Harada yaşamasından, vəziyyətinin ağır və çətinliyindən asılı olmayaraq, gərək hər kəs öz Ana Vətəni haqqında düşünsün. Azərbaycanlılar artıq bilirlər və daha çox bilməlidirlər ki, indi bizim, nəhayət, müstəqil dövlətimiz-Azərbaycan Respublikamız var. Bu, müqəddəs Azərbaycan torpağıdır, deməli, harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən...”. 

Dahi  şəxsiyyət başqa bir çıxışında, həmçinin bildirirdiki, "hər bir azərbaycanlının Azərbaycandan başqa Vətəni yoxdur. Almaniyada yaşaya bilərsiniz, həm də çox firavan yaşaya bilərsiniz. Fransada, Amerikada da yaşaya bilərsiniz, varınız da, dövlətiniz də olar. Amma o ölkələr sizin Vətəniniz ola bilməz... Hər bir millətin, hər bir insanın ana torpağı onun Vətənidir. Azərbaycanlıların da Vətəni Azərbaycandır... İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Nə Rusiyanın, nə Sovetlər Birliyinin, nə də başqa bir dövlətin tərkibində deyil. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır...”.

1983-cü ilin fevral ayından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan Məşkür Şükür oğlu Qasımov da ömrünün qürbətdə keçən illərində çətinliklərlə üzləşəndə də, xoş, bəxtəvər günlər yaşayanda da Vətəni-doğma Azərbaycanı heç vaxt unutmayıb, bu torpaqla nəfəs alıb, əməllərindəxalq və millət sevgisi hər zaman boy göstərib. Çünki şairin dediyi kimi, yaxşı dərk edib ki:

Mənim pisliyim də, yaxşılığım da

Sənin ayağına yazılır, Vətən…

şkür Qasımovun 35 illik qürbət ömründə milli ruhu, mübariz əhval-ruhiyyəsi, yaşamaq və yaratmaq həvəsi daim Vətən sevdasına söykənib.  

Belə olmasaydı, ilk vaxtlar böyük çətinliklərlə üzləşəndə ümidsizləşərdi, sabaha, gələcəyə inamla baxa, usta, iş icraçısı, sahə rəisi, baş mühəndis və tikinti idarəsinin rəisi kimi vəzifə pillələrini qalxa, uğur qazana, güləşin klassik növü üzrə yüksək pillələrlə irəliləyə bilməzdi, yarışlarda qələbələr əldə etməkdə çətinliklər çəkərdi. 

Rusiyada doğma Azərbaycana, uşaqlığı, gəncliyi keçən Masallıya, Ərkivan qəsəbəsinə layiqli övlad olmaq üçün əlindən gələni etdi; qarşılaşdığı çətinliklər, problemlər onu yolundan sapdırmadı,  zəhmətsevərliyi yüksək mütəxxəssis kimi yetişməsini, məşhur idmançı kimi tanınmasını şərtləndirdi. Bütün bunlar isə son nəticədə ona həm yaşadığı şəhərdə, həm də el-obasında böyük nüfuz qazandırdı. Çalışdığı kollektivlərdə hamı ona etimad bəslədi, ürək qızdırdı...

şkür Qasımovun əldə etdiyi uğurlarda, əlbəttə, onun şəxsi keyfiyyətlərinin qaynaqlandığı ailə tərbiyəsi, müəllimləri önəmli rol oynayıblarQeydlərin bu məqamında xatırlatmaq yerinə düşər ki, qardaşı Qasıməli müəllim də həmin amil hesabına bu gün Rusiyanın tanınıb-seçilən şəxsləri ilə bir sırada dayanır. 

Xatırladım ki, Məşkür müəllim  Sankt-Peterburqa gələndə Qasıməli o zaman ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə  bu şəhərdə Meşə Təsərrüfatı Texniki Akademiyasında təhsil alırdı. O da qardaşı kimi, zəhmətkeş idi,  xoşbəxtliyə çatmağın yolunu əməkdə görürdü. Məhz elə buna görə də yorulmaq bilməyən elmi axtarışlarının, səmərəli tədqiqatının nəticəsində texnika elməlri doktoru alimlik dərəcəsi aldı, bir vaxtlar oxuduğu ali məktəbin professoru səviyyəsinə yüksəldi. 

Hazırda "Ağac Emalı Holdinqi”nin baş direktorudur. Tanınmış ictimai xadimdir. "Viləş” Şirkətləri Qrupunun vitse-prezidenti, Sankt-Peterburq şəhəri vəLeninqrad vilayəti üzrə Azərbayan Milli Mədəni Muxtariyyəti ağsaqqallar şurasının üzvü, Rusiya Federasiyasının Əməkdar inşaatçısı, Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Güləş Federasiyasının vitse-prezidentidir. Vladimr Putinin prezident seçkilərində Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə səlahiyyətli nümayəndəsi olub.

şkür Qasımov ali məktəbi bitirib ordu sıralarınagedir,  əsgəri xidməti başa vurduqdan sonra isə Bakıda nəqliyyat trestində çilingər-montajçı işləyir, eyni zamanda, İnşaat Mühəndisləri İnstitutunda məşqçi kimi çalışır. Lakin,  sözün düzü, bütün bunlar ürəyincə olmur. Bu mühitdə irəli getməyin, uğur, etimad qazanmağın nə qədər çətin olacağını sanki hiss edirOna görə də 1983-cü ilin fevral ayında ailəsi və iki övladı ilə birlikdə Leninqrada (indiki Sankt-Peterburq) üz tutur, burada yaşayan kiçik qaraşı Qasıməlinin yanına gəlir...

Onu da qeyd edək ki, o vaxt Məşkür müəllim Sankt-Peterburqa güləşçi kimi dəvət almışdı. İdmançı karyerasını bitirdikdən sonra inşaat sahəsində çalışdı. İşə fəhləlikdən başladı, tapşırılan fəaliyyət sahəsinə məsuliyyətlə yanaşdı, iş yoldaşlarının, rəhbərliyin xətir-hörmətini qazandı. Az müddətdən sonra belə bir nüfuz sahibinin, təşəbbüskar, əzmkar inşaatçının böyük bir trestə müdir təyin olunması da heç kimdə təəccübdoğurmadı.

şkür Qasımov o dövrdə daim bilik və bacarığını artırmaq, fəaliyyət sahəsini genişləndirmək barədə düşündüVoznesenksiy adına Peterburq Maliyyə-İqtisad Universitetinin nəzdində biznes idarəçiliyinin masteri olan MBA proqramını üzrə təhsil alması, Rusiyada 3 böyük kompaniyadan biri olan  "Viləş” şirkətlər qrupunu təsis etməsi də bunun bariz ifadəsiidi.

O hazırda bir iş adamı olaraq, bu sahədə fəaliyyət göstərən həmkarlarına hər zaman uğur  formulu barədə tövsiyələrini də əsirgəmir. Onlara, ilk növbədə,  zəhmətdən usanmamağı, inadkar olmağı, mövqelərindən çəkinməməyi, ətrafdakıların məsləhətlərinə önəm verməyi xüsusi vurğulayır. Görülən işi sevməyin, öz üzərində işləməkdən zövq almağın zəruriliyini diqqətə çatdırır, həmçinin zamanla ayaqlaşmağın əhəmiyyətini də xatırladır. 

şkür Qasımov  Vətəndən kənarda yaşadığı illər ərzində  ürəyi daim Azərbaycanla döyünüb. Həmişə Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, xalqımızın bu günü və gələcəyi barədə düşünüb. Ölkəmizin uğurlarına qəlbən sevinib. Özü bu barədə deyir: "İki il bundan qabaq jurnalistlərin statistik məlumatına əsasən mən dünyanın ən vətənpərvər insanı seçilmişdim. Bununla  qürur duyuram. Fəxr edirəm ki,   Azərbaycanın artıq bütün dünyada bir uğur nümunəsi kimi adı çəkilir, ölkəmiz güclü, qüdrətli ordusu ilə tanınır. Bu ordu ilə tezliklə işğal altındakı torpaqlarımızın azad ediləcəyinə əminəm. Bu ümidi məndə  Aprel döyüşləri, Lələtəpə yüksəkliyinə Azərbaycan bayrağının sancılması yaradıb

Onun Sankt-Peterburqda Azərbaycan diasporunun  yaradılmasında fəal iştirakı barədə dedikləri də diqqət çəkir: "Sovet İittifaqı çökəndən sonra Azərbaycanda ağır, keşməkeşli bir dövr başladı. Xalq yenidən əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi ilə üzləşdi. Səbəbi isə dövlət idaçiliyində təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilmələri və ölkəni düşdüyü böhran vəziyyətindən çıxara bilməmələri idi. Belə bir şəraitdə Azərbaycandan kənarda yaşayan soydaşlarımız da taleyin ümidinə buraxılmışdı. Respublikada onlarla heç bir səlahiyyətli şəxs maraqlanmırdı. Dünyanın hər yerində olduğu kimi, Sankt-Peterburqda azərbaycanlıların necə yaşamaları, hansı problemlərlə üzləşmələri uyğun hakimiyyət dairələrini qəti narahat etmirdi. Yaxşı xatırlayıram, Rusiyada dərin böhran yaşanırdı, sosial-iqtisadi durum acınacaqlı vəziyyətdə idi. İş o yerə çatmışdı ki, Rusiyanı reketlər idarə edirdilərBelə də isə bu torpaqda məskunlaşan azərbaycanlılar, necə deyərlər, sahibsiz qalmışdı, problemləri ilə maraqlanan, dərdlərini dinləyən vəzifəli bir şəxs yox idi. Vəziyyətdən çıxmaq üçün çox götür-qoy etdik. Nəhayət, burada bir cəmiyyət yaradıb, ətrafında birləşməklə hüquqlarımızı müdafiə etmək qərarına gəldik… Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan cəmiyyətləri ilə əlaqələrin yaradılmasına başlandı. Dünyanın müxtəlif qütblərinə səpələnən azərbaycanlıların taleyi diqqət mərkəzində saxlanıldı. Onların Azərbaycanla əlaqələrinin gücləndirilməsi məqsədilə qurultaylar keçirildi. Yeri gəlmişkən, ilk qurultayda mən də iştirak edirdim…”.

Cəmiyyət yaradılıb formalaşdırıldığı vaxtdan ötən müddət ərzində dr Vaqif Məmişovun rəhbərliyi altında mühüm uğurlar əldə edilib. Hökümət dairələri ilə sıx əlaqələr qurulub, əməkdaşlıq münasibətləri gücləndirilib. Məhz elə bunun nəticəsidir ki, üç il bundan əvvəl şəhər qubernatoru  Georgi Sergeyeviç Poltavçenko Azərbaycana gəlib, ölkə rəhbəri cənab İlham Əliyevlə görüşüb.

Vurğulamaq istərdim ki, Bakıda anadan olan  G.S. Poltavçenko ilə cəmiyyətimiz arasında   yüksək səviyyədə münasibətlər qurulub. Ondan əvvəl keçmiş qubernator Motvienko ilə də əlaqələrimiz yaxşı idi. Hazırda o, Rusiya Federal Məclisi Federasiya Şurasının sədridir. 

Yeri gəlmişkən, Vaqif müəllim Rusiyada böyük hörmət və nüfuzu olan ziyalıdır. Bu ölkədə yaşayan çox sayda insanın, o cümlədən mənim də həyatımda önəmli rol oynayan, qayğı və diqqətini əsirgəməyən Vaqif Məmişov   Azərbaycan – Rusiya münasibətlərinin getdikcə möhkəmlənməsində var qüvvəsini əsirgəməyib.

Cəmiyyətifəaliyyətində diqqətçəkən bir məqamı da xatırlatmaq istədim. Hər il əlamətdar bayramlar, xüsusilə "Novruz” təntənə ilə qeyd olunur. Məşhur estrada ulduzları, mədəniyyət xadimləri, eləcə də Azərbaycandan gələn müğənnilər konsert proqramları ilə tez-tez çıxış edirlər. Həm Motvienko, həm də Poltavçenko tədbirlərimizə həvəslə qatılırlar. 

Azərbaycan Milli Mədəni Muxtariyyəti CəmiyyətiSankt-Peterburqda  Azərbaycan dilinin inkişafını da diqqətdə saxlayır. Bu, təsadüfi deyil. Çünki qürbət ölkələrdə Azərbaycan dili məktəblərinin açılması dilimizi, milli-mənəvi dəyərlərimizi yaşadır və təbliğ edir. Cəmiyyətin yaratdığı və ali təhsilli pedaqoqlar çalışan Bazar günü məktəbinin fəaliyyəti deyilən fikrinbariz ifadəsidir. Uşaqları rus dilində təhsil alan azərbaycanlı valideynlərin bu məktəblə sıx ünsiyyəti var. Buradaşagirdlərə ədəbiyyatımız, tariximiz və dilimizlə yanaşı, mətbəximizi, adət-ənənəmizi öyrədirlər. 

Cəmiyyətin nəzdindədini dəyərlərin qorunması, öyrədilməsi məqsədilə dini qurum fəaliyyət göstərir. Burada din xadimin iştirakı ilə müəyyən məşğələlər keçilir, islamdəyərlər təbliğ edilir.

Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyətininfəaliyyətində önəmli yer tutan məsələlərdən biri də Qarabağ həqiqətlərinin dünya birliyinə çatırılması üçün daha çox səy göstərməsi ilə bağlıdır. Ayrı-ayrı vaxtlarda səfirliklər, dövlət strukturları qarşısında etiraz aksiyaları keçirilir, cəmiyyətin nəzdindəki  gənclər təşkilatının köməyi ilə anım günlərində beynəlxlaq təşkilatların, fərdi şəxslərin elektron ünvanına Azərbaycan həqiqətlərini əks etdirən məlumatlar göndərilir.  

Hər il 20 Yanvar  faciəsi,  Xocalı soyqırımı ilə bağlı anım tədbirləri reallaşdırılırMüvafiq dövlət nümayəndələri, xarici səfirliklər bu mərasimlərə dəvət edilir. 

Nəhayət, qeydlərimin sonunda Məşkür Qasımovun ailə vəziyyəti barədə də oxuculara müəyyən məlumat çatdırmağı zəruri hesab edirəm. Bu barədə özü belə deyir: "Həyat yoldaşım da Ərkivan kəndindəndir. Eyni məktəbi bitirmişik, lakin o məndən aşağı siniflərdə oxuyub. İki oğlum, bir qızım var. Oğullarımpeşəkar idmanla məşğul olurlar. İndi idman karyeralarını yekunlaşdırıblar, amma uzun müddət Rusiya yığma komandasının heyətində iştirak ediblər. Böyük oğlum ailəlidir, iki övladı var. Maliyyə-İqtisad Universitetini bitirib. Elmlər namizədidir və hazırda İspaniyada yaşayır. Kiçik oğlum Amerikada Mayamidə məskunlaşıb  və hüquq üzrə çalışır. Qızım Tibb Universitetinin məzunudur,iki övladı var, o da İspaniyada yaşayır. Böyük nəvəm Amaliya İspaniyada tenis akademiyasında təhsil alır. Deyir ki, baba, mən məşhur tenisçi olmaq istəyirəm və Azərbaycan bayrağı altında çixış etmək istəyirəm. Sonra digər 7 yaşlı nəvəm İspaniyada futbol klubuna gedir. Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanov ona Azərbaycan milli komandasının geyimini bağışlayıb. O, da formanı əyninə geyinib ispanlarla oynayır və onlara azərbaycanlı olduğunu fəxrlə bildirir. 

Biz artıq üçüncü nəsildir ki, Rusiyada yaşayırıq, amma evimizdə hələ də Azərbaycan dilində danışırıq. Həyətdə toyuq-cücə saxlayırıq, təndirimiz var. Yəni, Rusiyada özümüzə, necə deyərlər,balaca bir Ərkivan yaratmışıq. Lakin mənə elə gəlir ki, insanın ən böyük adət-ənənəsi onun dilidir. Hətta yadımdadır, 2002-ci ildə ulu öndər bizimlə görüşdə demişdi ki, əcnəbi ölkədə yaşadığınızdan doğma Vətənə aid nələrisə unuda bilərsiniz, amma ana dilini unutmayın! Bizi başqa xalqlardan fərqləndirən ana dilimizdir. İnsan ana dilini bilməsə, o qürurlana bilməz”.

***       

şkür Qasımovun həyatı barədə yuxarıdakı qısa qeydlərdən bir daha görünür ki, bu gün xaricdə yaşayan azərbaycanlılar milli maraqlar, milli birlik naminə həmrəy olmağı özlərinə əbədi həyat qayəsi seçiblər. Onlar  harada yaşamalarından asılı olmayaraq, orada  mədəniyyətimizi, mənəvi dəyərlərimizi təbliğ edir, Vətənin üçrəngli bayrağının müqəddəsliyinə baş əyirlər.

Səyyad Ağayev

İqtisad üzrə fəlsəfə doktoru, dosent


Xəbər 6841 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR