Aysel Əlizadənin erotik şeirinə erotik cavab: Gəl, yatağım bomboş durub...

Aysel Əlizadənin erotik şeirinə erotik cavab: Gəl, yatağım bomboş durub...

Aysel Əlizadənin erotik şeirinə cavab yazılıb. Elvin Novruzov yazdığı cavabı aktual.az-a göndərib. Həmin şeiri təqdim edirik:


 
Tutur əllərindən indi yad əllər, 
Baxır gözlərinə indi özgələr. 
Sənin gözlərində mənim əksim var. 
Çox baxma, gözündə məni görərlər. 
Öpdürmə dodağını, 
Bir öpüşdə üç ad olmaz. 
O öpüşdə heç dad olmaz. 
Öpdürmə əllərini, 
Əllərində bədənimin qoxusu. 
İndi hopub əllərimin qoxusu 
Daratdırma saçlarını. 
Toxundurma bədəninə... 
Bədəninin hər hissəsində mənim izim var
Kürəyində solub saralan öpüşlərimin izi kimi 
soluram mən, 
Bulud kimi doluram mən 
Yağmaq istəyirəm saçlarına 
Ordan axıb bədəninə 
soyutmaq istərəm səni. 
Gəl, yatağım bomboş durub... 
Ayrıldığımız zaman sevişdiyimizdə 
bədənindən axan tər izləri 
yorğanımda durub hələ... 
Ətrini ordan alıram. 
Sənsiz artıq qocalıram...
 
Elvin Novruzov
Xəbər 10283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR