Novxanıda İNTİM TƏKLİFƏ görə adam öldürən idmançı QIZ - EKSKLÜZİV FOTOLAR

Novxanıda İNTİM TƏKLİFƏ görə adam öldürən idmançı QIZ - EKSKLÜZİV FOTOLAR

Novxanıda intim təklifə görə adam öldürən idmançı qızın işi üzrə məhkəmə keçirilib
Bakı Apellyasiya Məhkəməsində Xaçmaz rayon sakini Səringül Ramazanovanın (1995-ci il təvəllüdlü) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi keçirilib.
Aktual.az xəbər verir ki, 2015-ci il oktyabrın 10-da Səringül Ramazanova Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə gələrək, Novxanı qəsəbəsində cinayət törətdiyini bildirib və könüllü təslim olub. Dərhal sonra növbətçi hissədən Binəqədi RPİ-nə bu barədə məlumat verilib və saxlanılan qız oranın əməkdaşlarına təhvil verilib. Anar Məmmədovun yaralanması ilə əlaqədar istintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə dindirilmiş Ramazanova Məmmədovu aralarında baş vermiş münaqişə zamanı bıçaqla vurduğunu bildirib. Hadisədən 2 gün sonra səhər saat 4-də yaralanan şəxs xəstəxanada dünyasını dəyişdiyinə görə, cinayət işi istintaqın davam etdirilməsi üçün Binəqədi rayonn prokurorluğuna verilib. Təqsirləndirilən şəxsin əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
İstintaqla müəyyən edilib ki, oktyabrın 10-u saat 16 radələrində Novxanı qəsəbəsində yerləşən "Nursu” istirahət mərkəzində, Səringül Ramazanova həmin gün dəniz kənarında tanış olduğu Anar Məmmədov və sonuncunun tanışları Şəmsəddin Umudov, Asif Eyvazov, Əhməd Hüseynov və Yaşar Heydərovla birgə yeyib-içib. Spirtli içki qəbul edərək, yüngül dərəcəli sərxoşluq vəziyyətində olduğu zaman Məmmədovun onunla cinsi əlaqədə olmaq istəyini bildirməsinə irad tutan Ramazanova, danışığına fikir verməsi barədə xəbərdarlıq edib. Bundan qəzəblənən Anar Səringülə məxsus "Samsung” markalı telefonu yerə vurub  sındırdıqdan sonra, onun valideynlərinin ünvanına söyüşlər söyüb. Asif Eyvazov və Şəmsəddin Umudov Anar Məmmədovun qanunsuz hərəkətlərinin qarşısını almaq üçün dəfələrlə onu istirahət mərkəzinin bınasından çölə çıxarsalar da, sonuncu yenə də ora qayıdaraq Ramazanovanı təhqir edib, ona sol yanağının sıyrığı kimi dərəcəsi təyin edilməyən xəsarət yetirib. Anarın hərəkətlərindən hiddətlənən Səringül yaranmış qərəzli münasibətlər zəmnində baş vermiş münaqişə zamanı, qısas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Masanın üzərindən mətbəx bıçağını götürən Ramazanova Məmmədovun boynunun sol yarısından 1 zərbə vurub, sonuncunun dostu Şəmsəddin Umudov onun qarşısını kəsərək, əlini burub, bıçağı yerə salıb və onun tərəfindən təkrar zərbələrin vurulmasının qarşısını alıb. 
Səringül Ramazanova qeyd edib ki, onun Anarı öldürmək fikri olmayıb. Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Ləcət kəndində anadan olduğunu, valideynlərini körpə vaxtı itirdiyini və heç birini xatırlamadığını bildirib. Rayondan Sumqayıta gələrək, orda yaşayıb, müxtəlif kafelərdə ofisiant işləyib, qaydasız döyüş idman növü ilə məşqul olub. Anar Məmmədovu və digər şəxsləri əvvəllər tanımayıb və heç biri ilə yaxın münasibəti olmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ramazanova 10 il müddətinə azadlıqdan məhrum olunub. 
Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxsin işi üzrə apellyasiya şikayəti vermə müddətinin bərpası barədə məhkəmə qərarından verdiyi şikayətə baxılıb. Aktual.az-ın məlumatına görə, hökmdən 6 ay sonra Ramazanova ilkin olaraq bununla əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib, lakin məhkəmə onu müraciətini təmin etməyib. 
Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirilmədən qüvvəsində saxlayıb.

Aktual.Az






















 

Xəbər 24935 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR