2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI

Aktual.az Modern.az-a istinadən yola saldığımız 2017-ci ildə vəfat edən dünya məşhurlarının bir qismini təqdim edir:

Zbiqnev Bzejinski – bütün dünyanın tanıdığı politoloq bu il 89 yaşında vəfat etdi. Zbiqnev Bzejinski 1977-1981-ci illərdə prezident Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində çalışıb. Son illər ABŞ  Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS -Centre of Strategic and International Studies) müşaviri, idarə heyətinin üzvü və məşvərət Şurasının həmsədri olub;

 

Yevgeni Yevtuşenko - ədəbiyyatda böyük mükafatları olmasa da, az qala, bütün dünyanın tanıdığı bir yazıçı idi. 1932-ci ildə anadan olan şair köhnə SSRİ-nin ən güclülərindən sayılırdı. Ömrünün son illərini ABŞ-da keçirmişdi.

 

Aleksandr Batalov - Məşhur rus aktyor və rejissoru bu ilin yayında 88 yaşında dünyasını dəyişdi. Onun kinoda ən yaddaqalan rolu  milyonların sevimlisi olan "Moskva göz yaşlarına inanmır”da Georgi İvanoviçdir. Bu roldan sonra o, bütün SSRİ-də daha da məşhurlaşdı.
Film 1981-ci ildə kino sahəsində ən yüksək mükafata - xarici film nominasiyasında "Oskar”a layiq görüldü. Bundan sonra o, bir müddət kinodan uzaqlaşdı. Görkəmli aktyor sənət həyatı ilə yanaşı, 1975-ci ildən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda müəllimlik edib.

 

Corc Romero - ABŞ rejissorudur. Çəkdiyi ən uğurlu film "Yaşayan ölülərin gecəsi"dir. Atası əslən ispan olan kubalı, anası isə Litva əsillidir. Romero ilk klassik nəzərə çarpan və çoxlu sayda qorxulu filmlər çəkdiyinə görə "Xaç atası" ləqəbi qazanıb. Bu ilin yayında 77 yaşında vəfat etdi;

 

Cəlal Tələbani - bir zamanların məşhur İraq siyasətçisi. Yaxın Şərq siyasətinin əsas simalarından olan Tələbani bir neçə ay bundan əvvəl 83 yaşında Almaniyada dünyasını dəyişdi. O, siyasi proseslərdə məğlub olduqdan sonra səhhəti ilə əlaqədar mütəmadi olaraq, Almaniyada yaşayır və orada müalicə alırdı;

 

Derek Uolkott - Bu ilin ədəbiyyat üzrə "Nobel” mükafatı laureatı. Şair və dramaturq Derek Uolkott da 2017-də vəfat edib. 1992-ci ildə "Nobel” qazanan şair Sent-Lyusiyadakı evində 88 yaşında dünyasını dəyişib;

 

Emma Marona - Dünyanın ən uzunömürlü insanlarından biri kimi tanınıb. 2016-cı ilin 13 mayından 2017-ci ilin 15 aprel tarixlərinə qədər dünyanın ən uzunömürlü insanı kimi qəbul olunub. Emma Morano eyni zamanda 2017-ci ildə yaşamış yeganə XIX əsrdə anadan olan şəxs kimi də tarixə düşüb. İtalyan Jan Kalmentdən sonra ən uzunömürlü avropalı olaraq tanınır;

Helmut Kol - Birləşmiş Almaniyanın ilk kansleri olan bu şəxs də dünyaya yola saldığımız ildə vida deyib. Kol 1982-98-ci illərdə Almaniyanın baş kansleri oldu. Onun rəhbərliyi dövründə tarixi bir hadisə-Berlin divarlarının uçurulması və dövlətin birləşməsi baş tutdu;

I Mixay - Rumıniya monarxiya quruluşlu dövlət olarkən oranın sonuncu kralı olmuş şəxs. Avropanın sağ qalan tək-tük krallarından biri idi. O da, yola saldığımız ildə 96 yaşında dünyasını dəyişdi; 


Konnet Errou -
 1972-ci ildə iqtisadiyyat nominassiyasında Nobel mükafatı qazanan dünya şöhrətli alim də 2017-ci ilin "qurban”ı oldu. Neoklassik iqtisadiyyatın əsasını təşkil edən qaydaların əksəriyyətində Errounun işlərinə rast gəlmək mümkündür. Hal-hazırda ümumi tarazlıq nəzəriyyəsinin bünövrəsini təşkil edən şablon Errou-Debreu tarazlığı olaraq tanınır. İqtisadiyyatda inqilabi işlər görən şəxsdir;

 

Xalid Ağçatəpə - Azərbaycan tamaşaçılarına da yaxşı tanış olan türk aktyoru bu il uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. "Yaşıl cam” əfsanəsi daha çox "Hababam sinifi” və Kamal Sunalla olan filmlərinə görə tanınırdı;


Çak Berri - 
əfsanəvi rok ifaçısı. O, 1940-50-60-cı illərdə bütün dünyanı sehirləyən musiqiçilərdən biri sayılırdı. Dünya rokunda yeni mərhələnin banisi sayılır. O, bir çox  hərəkətləri də ilk dəfə səhnəyə gətirmişdi. Maykl Ceksonun tərzi olan sürüşə-sürüşə mahnı ifasını ilk dəfə  Çak Berri sınaqdan keçirmişdi;

Ziqmund Bauman - bütün dünyanın tanıdığı çox nəhəng alimlərdən biri idi. O da 2017-ci ildə 91 yaşında vəfat etdi. Bauman siyasi fəlsəfə, sosilogiyada bir çox məşhur nəzəriyyələrin müəllifi kimi tanınır.


Lütfi Zadə - Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professor.  Lütfi Zadə bu  il sentyabrın 6- dünyasını dəyişib. O, vəsiyyətinə uyğun olaraq Azərbaycanda dəfn edilib. 
Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

 


Xəbər 79 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR