Zidan: "Ronaldonun satılmasını istəyən azarkeşlər var"

Zidan:

"Real"ın baş məşqçisi Zinəddin Zidan son zamanlar təzyiqlərə məruz qalan futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, fransalı mütəxəssis "Selta Viqo" ilə La Liqa matçında (7:1) pokerlə yadda qalan Ronaldonu müdafiə edib:

"Bildiyim qədərilə Ronaldonu fitə basdılar. Ancaq bunu mənə və digərlərinə qarşı da ediblər. Bu, futbolçunun problemi deyil. Azarkeşlərin bəzi şeyləri oyunçudan daha çox istəməsi ilə əlaqədardır. Görünür, Ronaldonun satılmasını istəyən azarkeşlər var.

Azarkeş faktoru bizim üçün çox önəmlidir. Onlar hər zaman bizi dəstəkləyirlər. Etdikləri hərəkətlər isə futbolun bir parçasıdır. İşlər yaxşı getməsə, bədbin ola bilirlər".

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR