Heç kim sazişin imzalanacağını deyə bilməz – Bəqai

Heç kim sazişin imzalanacağını deyə bilməz – Bəqai

Müzakirə olunan mövzuların böyük bir hissəsi üzrə nəticəyə gəlməyimiz doğrudur.
Aktual.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
"Lakin bunun yaxın zamanda sazişin imzalanacağı anlamına gəldiyini demək olmaz. Heç kim belə bir iddia irəli sürə bilməz.
ABŞ-da siyasət formalaşdırılması və qərar qəbuletmə prosesi müəyyən mənada institusionallaşmış tərəddüddən əziyyət çəkir. Mövqelərin davamlı dəyişməsi - bir neçə saat ərzində bir-biri ilə ziddiyət təşkil edən və toqquşan fərqli baxışlarla qarşılaşırsınız. Bu isə istənilən danışıqlar prosesini pozur”, - o bildirib.
Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR