"Zəlzələdən sonra elektrik enerjisi paylayıcılarının işi müvəqqəti dayandırıldı"


İmişlidə baş verən zəlzələ ilə bağlı nəinki neft kəmərinin, hətta elektrik enerjisi paylayıcılarının da işi müvəqqəti dayandırıldı.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoruQurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İmişlidə baş verən ilk təkan güclü olduğuna görə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq həm enerji, həm də neft kəmərinin nəqli dayandırıldı.

Q.Yetirmişli əlavə edib ki, İmşlidə dünən əsas təkandan sonra 7 zəlzələ qeydə alınıb ki, onun ikisi hiss olundu: "Hiss olunan zəlzələrin birinin maqnitudası 4.1, ikincinin maqnitudası isə 3.9 qeydə alınıb".

Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR