Rusiyanın buraxılış qurğularını məhv etmək üçün Ukraynanın "Taurus” qanadlı raketlərinə ehtiyacı var. Kiyev Rusiyanın mülki və enerji obyektlərinə zərbə endirməyə hazırlaşmır.
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Nə üçün biz "Taurus” sifariş etmək istəyirik? Çünki amerikalılar bizə hava hücumundan müdafiə üçün anti-ballistik raketlər verə bilmədikdə, bizim yalnız bir seçimimiz var: Rusiyanın buraxılış qurğularını məhv etmək. Onlar bizi öldürürlər, biz isə özümüzü müdafiə edə bilmirik. Bunlar mülki hədəflər, infrastruktur və ya enerji infrastrukturu deyil", - deyə dövlət başçısı qeyd edib.
Prezident əlavə edib ki, Ukrayna bu raketləri yalnız sifariş etmək deyil, həm də sınaqdan keçirmək istəyir. O, bunun hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.
Xəbər 55 dəfə oxunub.