Zaxarovadan aşağılayıcı çıxış: Qanlı cəlladlar NATO zibilliyinə gedən yolu seçirlər"

Zaxarovadan aşağılayıcı çıxış: Qanlı cəlladlar NATO zibilliyinə gedən yolu seçirlər
  • DÜNYA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın NATO-ya təcili daxil olmaq ərizəsinə münasibət bildirib.

Aktual.az Rusiya mətbuatına istinadən bildirir ki, Teleqram kanallarının birində çıxışı zamanı Zaxarova :

"Qadın və uşaqları öldürən qanlı cəlladlar NATO zibilliyinə gedən yolu seçirlər. Biz irəlidəyik. Çətin olacaq? Bəli. Çünki yıxılmaq həmişə hündürlük qazanmaqdan daha asandır. Siz də təsdiqləyə bilərsiniz: tarix boyu kənar əllər bizə müdaxilə edir”- fikirlərini səsləndirib.

"Bərabər, sülh və Allahla birlikdə irəliləyin"- Zaxarova deyib.


Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bu gün ölkənin NATO-ya təcili qəbulu ilə bağlı bəyanat imzalayıb.


Rusiyalı senator Sergey Tsekov mətbuata verdiyi açıqlamada NATO-nun Ukrayna liderinin bu müraciətini qəbul edəcəyi təqdirdə ciddi münaqişə yaranacağını bildirib.









Ətraflı











Qeyd edək ki, daha əvvəl Moskvada Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR), eləcə də Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında sazişlər imzalanıb.


Fevralın 24-də Rusiya DXR və LPR-ni "qoruma” əməliyyatlarına başlayıb.

Bundan əlavə, Xerson bölgəsini demək olar ki, tamamilə Rusiyanın nəzarəti altına keçmişdi.

Zaporojye vilayətinin Azov hissəsini də Rusiya nəzarətə götürmüşdü.

Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR