Zaxarova "Eurovision 2016" qalibini ələ saldı - FOTO

Zaxarova

İsveçin paytaxtı Stokholmda keçirilən "Eurovision 2016" mahnı müsabiqəsində Ukraynanı təmsil edən Camala qalib gəlib.

Aktual.az azvision.az-a istinadən bildirir ki, Camalanın ifa etdiyi "1944" adlı mahnı təxminən 200 min Krım tatarının 1944-cü ildə Rusiya tərəfindən yurdlarından sürgün etməsindən bəhs edir.

Camalanın qələbəsi Rusiya tərəfindən bimənalı qarşılanmayıb. Rusiyanın XİN rəsmisi Mariya Zaxarova sosial şəbəkəsindəki səhifəsində ironik şəkildə bildirib ki, növbəti yarışmada Bəşər Əsəd haqda mahnı oxuyarlar.

"Hesab edirəm növbəti müsabiqədə Əsəd (Suriya prezidenti Bəşər Əsəd-red) haqqında oxuyarlar. Nəqarəti məndən: "Əsəd qanlı, Əsəd ən pis". Mükafatı bizə verin ki, növbəti il biz yarışmaya ev sahibliyi edək" .

Zaxarova

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR