Yunanıstanda 3 nəfər donaraq ölüb

Yunanıstanda 3 nəfər donaraq ölüb
  • DÜNYA

Yunanıstanda qarlı və şaxtalı hava 3 nəfərin ölümünə səbəb olub. 


Aktual.az report-a istinadən xəbər verir ki, ötən gecə ölkə paytaxtı Afinaya güclü qar yağıb. 

Ötən ilin dekabrından Yunanıstanda əlverişsiz hava şəraiti hökm sürür. Nəticədə 3 nəfər ölüb. Hidrometeoroloqlar soyuq hava şəraitinin yanvarın 9-10-dək davam edəcəyini bildiriblər. 

Yol polisi sürücülərə ehtiyatlı olmağı məsləhət görüb. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə 3,5 tondan ağır avtomobillərin yollara çıxması qadağan edilib.

Kəskin hava şəraitinə görə yanvarın 8-də paytaxt Afinanın Attika rayonunda məktəblər bağlanıb.

Qeyd edək ki, əlverişsiz hava şəraiti səbəbindən Türkiyənin də 20-dən artıq əyalətində müəllim və şagirdlər tətilə buraxılıb. 

 
Aktual.az
Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR