Yoluxma sayı açıqlandı

Yoluxma sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aktual.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 925 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 130 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 80 nəfərdir.

Ölkədə son sutka ərzində 2 714, hazırkı dövrədək isə 6 932 255 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 23 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, üç və daha çox doza vaksin vurduranların sayı 18, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 748 483, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 351 549, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 851 520, üç və daha çox doza vaksin vurduranların sayı 3 297 682, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 732 təşkil edir.
Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR