Yol qəzalarında ölənlərin sayı kəskin artıb

Yol qəzalarında ölənlərin sayı kəskin artıb

“2005-ci ildən indiyədək yol nəqliyyat hadisələrinin sayı 33,1 faiz, bu hadisələrdə ölənlərin sayı 31,3 faiz, yaralananların sayı isə 32, 6 faiz artıb”.

Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Gəncə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının regional bölməsinin baş həkimi Sevinc Hüseynova bildirib.


Onun sözlərinə görə, statistik rəqəmlər Respublikamızda təcili yardım sahəsində yeni strukturun yaranmasına zəmin yaradıb.

“Vaxtında və keyfiyyətli ilkin tibbi yardım göstərilməsi, xəstəxanalara çatdırılması mühümdür”-deyən Sevinc Hüseynova vurğulayıb ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım əhalinin sağlamlığının qorunmasında böyük rol oynayır: 

“Xəstəliklər, travmalar, bədbəxt hadisələr zamanı, sürətlə inkişaf edən potoloji proseslər, ağır xəstəliklər orqanizmin həyatı vacib orqan və sistemlərində ağır pozulmalara gətirib çıxarır və həyat üçün çox böyük təhlükə yaradır. Bu baxımdan yol nəqliyyat hadisələri xüsusi yer tutur. Belə ki, hər il baş verən yol nəqliyyat hadisələri zamanı yüzlərlə insan həlak olur və ya ömürlük şikəst qalır”.

Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR