Yığmanın uğuruna görə toyunu təxirə saldı

Yığmanın uğuruna görə toyunu təxirə saldı

"Kristal Pelas" klubunun futbolçusu Co Ledlinin toyu təxirə salınıb.

Aktual.az  apasport.az-a istinadən xəbər verir ki, buna Uels millisinin AÇ-2016-da uğurlu çıxışı səbəb olub.

Belə ki, Britaniya təmsilçisi sürpriz çıxışı ilə hamını təəccübləndirib. Yarımfinala adlayan Uels bu mərhələdə Portuqaliya yığması ilə üz-üzə gələcək.
 
Komandasının finala çıxmaq ehtimalını nəzərə alan Ledli məcburiyyət qarşısında qalaraq, iyulun 9-na planlaşdırdığı toyu təxirə salıb.
 
Qeyd edək ki, Uels millisinin Portuqaliya ilə qarşılaşması iyulun 6-da baş tutacaq. AÇ-nin final görüşü isə ayın 10-da keçiriləcək. 

Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR