Yerevanda mehmanxanadan müştərilər təxliyyə olunublar

Yerevanda mehmanxanadan müştərilər təxliyyə olunublar
  • DÜNYA

Ermənistanın Fövqəladə Hallar Nazirliyinə Yerevan şəhərinin mərkəzindəki "Hyatt Place” hotelində partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

"Report” TASS-a istinadən xəbər verir ki, hökumət binalarının yaxınlığında yerləşən mehmanxanaya müvafiq qurumların mütəxəssisləri – yanğın xidməti, xilasedicilər, istehkamçılar və.s cəlb edilib. 
Yerli KİV-lər hadisə yerindən canlı yayım aparır. Bütün əməkdaşları və müştəriləri təxliyyə olunmuş mehmanxana mühasirəyə alınıb.
Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR