Yeni Zellandiya Azərbaycana yeni səfir təyin etdi

Yeni Zellandiya Azərbaycana yeni səfir təyin etdi

Yeni Zellandiyanın Azərbaycana yeni təyin olunan səfiri Vendi Hinton etimadnaməsini Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi Ramil Rzayevə təqdim edib.

Aktual.az xəbər verir ki, bunu diplomat tvitterdə yazıb.

"Səmimi söhbət üçün təşəkkür edirəm”, - deyə, o vurğulayıb.

Qeyd edək ki, Vendi Hinton, həmçinin Yeni Zellandiyanın Türkiyə, İsrail və İordaniyadakı səfiridir. O, əvvəllər Polşa və Ukraynada səfir olub.
Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR