Yeni “iPhone 9” gəlir

Yeni “iPhone 9” gəlir

ABŞ-ın "Apple” şirkətinin yeni cihazının nümayişi bu ilin sentyabrında baş tuta bilər.

AZƏRTAC "vevby.ru” saytına istinadla xəbər verir ki, istifadəçiləri 6,1 düym ekranlı 8 giqabaytadək artırılmış əməliyyat yaddaşı olacaq aparat gözləyir. O, müasirləşdirilmiş multisensorlu 3D-kamera ilə təchiz ediləcək.
Tərtibatçılar yeni məhsulu sürətlə populyarlıq qazanan virtual reallıq (VR) texnologiyasına adaptasiya etməyə çalışacaqlar. Bu xüsusiyyət "iPhone 9” smartfonunu hazırda kupertinyoluların tərtibatı ilə məşğul olduğu VR-dəbilqəyə qoşmağa imkan verəcək.
İlkin məlumatlara əsasən, yenilik altı rəngdə satışa çıxarılacaq. Bu, sarı, qara, göy, ağ, açıq-narıncı və boz rənglər olacaq. Ancaq digər mənbələrin məlumatına əsasən, əlavə olaraq qırmızı rəngli telefon da nümayiş oluna bilər.

Aktual.az
Xəbər 554 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR