“Yaşıl xəzinəmizi qoruyaq!” layihəsi çərçivəsində sonuncu tədbir keçirilib

“Yaşıl xəzinəmizi qoruyaq!” layihəsi çərçivəsində sonuncu tədbir keçirilib

Quba rayonunda icra olunan “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsi çərçivəsində sonuncu tədbir keçirilib.

AZXEBER.COM-a verilən məlumata görə, Quba 2 saylı humanitar təmaüllü liseydə keçirilən tədbirdə liseyin biologiya müəlliməsi Dilarə Nərimanova, liseyin şagirdləri və Quba rayon Turizm İnformasiya Mərkəzinin direktoru Murad Hacıyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə layihə rəhbəri Tamerlan Turabov açaraq layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, Fondun gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin etməsindən, dövlət başçısı İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb.

Layihə rəhbəri 2010-cu ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə ekologiya ili elan edilməsini və ekologiya ili çərçivəsində bu gün də müxtəlif tədbirlərin həyata keçirildiyini, əhali arasında maarifləndirmə işlərinin aparılmasından danışıb.

T. Turabov qeyd edib ki, 2014-cü ildə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıl Marafon” layihəsi başladılmışdır. “Yaşıl Marafon” layihəsinə ölkəmizin 76 rayon və şəhər icra hakimiyyəti qoşulub və layihə çərçivəsində ölkə ərazisində ümumilikdə 1,5 milyona yaxın müxtəlif cinsli ağaclar əkilib.

Layihə çərçivəsində keçirilən sonuncu tədbir iştirakçılarına layihənin məqsədi haqqında məlumat verən T. Turabov zəngin təbiətə malik Quba rayonunda sözügedən layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra çıxış edən Quba 2 saylı humanitar təmaüllü liseyin biologiya müəlliməsi Dilarə Nərimanova bu günün tələbinə uyğun və böyük əhəmiyyətə malik olan layihənin onların liseyində keçildiyinə görə təşəkkürünü bildirib. D. Nərimanova dövlətimiz tərəfindən bölgələrə ayrılan diqqət və qayğıdan, bölgələrin inkişafından, salınan parklar və yaşıllıqlardan danışıb. Müəllimə insanlar və onların sağlam yaşaması üçün yaradılan bu şəraitin artırılması və qorunmasında gələcək nəslin rolunu vurğulayıb və bu baxımdan layihənin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. D. Nərimanova şagirdləri məqsədi təbiətin qorunması və ətraf mühitin mühafizəsi olan və bu istiqamətdə maarifləndirmə tədbirləri keçirilən layihədən səmərəli faydalanmağa səsləyib.

Daha sonra çıxış edən Quba rayon Turizm İnformasiya Mərkəzinin direktoru Murad Hacıyev layihənin aktuallığını nəzərə alaraq tədbirlərdə böyük maraqla iştirak etdiyini vurğulayıb. M. Hacıyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və Tamerlan Turabova zəngin floraya və turizm potensialına malik Quba rayonunda bu günün tələbinə uyğun belə bir layihənin keçirilməsinə görə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Tamerlan Turabov tərəfindən icra olunan layihə çərçivəsində keçirilən tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Sonda tələbələrə layihə çərçivəsində hazırlanan bukletlər və köynəklər paylanılıb və xatirə şəkilləri çəkdirilib.

/ Aktual.az

Xəbər 898 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR