Yasamal sakinləri “kupça” aldı

Yasamal sakinləri “kupça” aldı

Bakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli binanın həyətində keçirilən kampaniya çərçivəsində 100-ə yaxın sakinə mənzillərinə dair çıxarışlar (kupça - red.) təqdim olunub. 

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK)  bildirilib. 

Eyni zamanda kampaniya çərçivəsində mənzillərə dair çıxarışların verilməsi üçün birbaşa ünvanlarda ilkin hüquq-müəyyənedici sənədlər də qəbul edilib.

Komitədən qeyd edilib ki, qeydiyyat xidmətlərinin bilavasitə ünvanlarda göstərilməsi vətəndaşların bu iş üçün əlavə vaxt itkisinin qarşısını alır.

Qeyd edək ki, 2016-cı ildə kampaniya paytaxtın 7 rayonunda, respublikanın isə 13 şəhər və rayonunda keçirilib. 

Ümumilikdə indiyədək 9 minə yaxın vətəndaş kampaniyadan faydalanaraq öz ünvanında çıxarış əldə edib.

 

Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR