Yaponiyalı nazir Bakıya gəlir

Yaponiyalı nazir Bakıya gəlir

Yaponiyanın Dövlət Neft-Qaz Şirkəti (JOGMEC) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə (SOCAR) birgə Azərbaycanda perspektivli neft-qaz bloklarında seysmik və geoloji tədqiqatmalar aparacaq.

Aktual.az bildirir ki, bu barədə Trend Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinə istinadən məlumat verir.
Bu məsələ Bakıda 29 may - 1 iyun tarixlərində keçiriləcək "Caspian Oil & Gas" beynəlxalq sərgisi çərçivəsində tərəflər arasında imzalanacaq anlaşma memorandumunda nəzərdə tutulur.
Yaponiya həmin sənəd çərçivəsində Azərbaycanda kəşfiyyat işləri ilə bağlı preferensial hüquqlar əldə edəcəyinə ümid edir. Sənəd, həmçinin birgə texnoloji işlərin aparılmasını nəzərdə tutur.
Bakıdakı sərgidə iştirak etmək üçün Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Daisaku Hiraki Azərbaycana səfər edəcək.
 
Aktual.az
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR