Yaponiyada dünyanın ən böyük vulkanlarından biri püskürüb

Yaponiyada dünyanın ən böyük vulkanlarından biri püskürüb

Cümə günü Yaponiyanın Küsü adasının Kumamoto prefekturasında yerləşən ölkənin ən böyük vulkanlarından biri olan Asoda yeni püskürmə baş verib.


"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Püskürmə bu həftə ərzində artıq ikinci olub. Yerli hakimiyyət dairələri sakinləri vulkan ərazisinə yaxın getməməyə çağırıblar.

Hazırda hər hansı bir ziyan və ya hava əlaqəsinə təsir barədə məlumat verilmir.

Aso vulkanının hündürlüyü 1592 metr təşkil edir.

Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR