Yaponiya avtomobil istehsalını azaldır - Zəlzələ səbəbindən

Yaponiya avtomobil istehsalını azaldır   - Zəlzələ səbəbindən

“General Motors” korporasiyası Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adasında baş verən silsilə zəlzələlərdən sonra istehsal zəncirində fasilələr yaranacağından ehtiyat edərək aprelin 25-dən ABŞ-da və Kanada da fəaliyyət göstərən dörd xətdə avtomobil istehsalının sayını azaldacaq. Bu barədə Kyodo informasiya agentliyi məlumat yayıb.

Aktual.az Azərtac-a istinadən xəbər verir ki, şirkətin yaydığı məlumatda bildirilir ki, “General Motors” Yaponiyada baş vermiş zəlzələnin detalların çatdırılması zəncirinə təsirini qiymətləndirməkdə davam edir və yarana biləcək problemləri azaltmaq üçün fəal addımlar atır. Buraya istehsal cədvəlinə aparılan korrektələr də daxildir.

Məlumatda həmçinin qeyd edilir ki, bu, müvəqqəti addımdır və onun şirkətin illik istehsal planına ciddi təsir göstərəcəyi gözlənilmir.

Qeyd edilən tədbirlərin şirkətin Oqayo, Kanzas və Tennesidə, o cümlədən Kanadada yerləşən bir xətdə tətbiq ediləcəyi bildirilir. İstehsalda ixtisarların iki həftə davam edəcəyi və “Chevrolet Impala”, “Buick Regal” və “Cadillac XTS” modellərinə təsir edəcəyi gözlənilir.

Kyuşu adasında baş verən güclü zəlzələ bir sıra sahələrdə istehsalın dayandırılmasına səbəb olub. Belə ki, “Toyota Motor” şirkəti aprelin 25-dək Yaponiya üzrə 16 yığma xəttindən 15-də istehsalı dayandırıb. Eyni zamanda “Sony”, “Honda Motor”, “Bridgestone”, “Mitsubishi Electric” və digər şirkətlər də işi dayandırmağa məcbur olublar.

Xəbər 221 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR