Yanukoviç Ukraynaya qayıdır

Yanukoviç Ukraynaya qayıdır

Ukraynanın eks-prezidenti Viktor Yanukoviç vətənə qayıtmaq istədiyini bildirib.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, bu haqda onun vəkili Vitali Serdyuk məlumat verib.

Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar hüquqi addımlar atılacaq.

"Cənab Yanukoviçin Ukraynaya qayıtmaq istəyi var. O, qanunsuz yolla hakimiyyətdən devrilib və indiyədək də prezident səlahiyyətlərini öz üzərindən atmayıb. O hələ də Ukraynanın legitim prezidentidir", deyə vəkil bildirib.

Xatırladırıq ki, Ukraynanın eks-prezidenti Viktor Yanukoviç 2014-cü ilin fevral ayında Maydan hərəkatı zamanı hakimiyyətdən devrilib. O, 2 ildir ki, Rusiyada müharicət həyatı yaşayır. Onun de-fakto Kiyevin nəzarətindən çıxmış Donbasa qayıdacağı güman olunur.

Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR