Yanacaq mafiyası: bunlara artıq dur deyilməlidir! - Nəqliyyat eksperti

Yanacaq mafiyası: bunlara artıq dur deyilməlidir! - Nəqliyyat eksperti

"Yanacaq mafiyası çox irəli getdi”.

Aktual.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı yanacağın keyfiyyəti ilə bağlı narazılıqlardan danışarkən deyib. O, yanacağın keyfiyyəti ilə bağlı ciddi məsələ qaldırmağın vacibliyini bildirib:

"Benzin və dizelin qiyməti artandan bəri sərfiyyat çoxalıb. Nə sirdirsə, eyni avtomobillərdə eyni həcmdə yanacaq 20-30 km fərq edir. Yəni, əvvəl 10 manata 11 litr benzin alıb 100 km sürənlər indi deyirlər ki, 11 manata yenə də 11 litr benzin alinsa da, sərfiyyat 70-80 km-dən o yana keçmir. Deməli, yanacaqdoldurma məntəqələri ya yanacağı daha çox kəsir, ya da tərkibinə çoxlu qatqılar qatılır. Odur ki, artıq bu məsələyə hüquq-mühafizə orqanları qarışmalıdır. Litrdə kəsirlərsə demək ki, cibimizə girirlər və soyğunçuluq edirlər. Qatqı qatırlarsa, lap pis. Deməli, onkoloji xəstəlillərin sayı artacaq, ətraf mühit daha çox çirklənəcək”.

Elməddin Muradlı qeyd edib ki, DİN və DTX bu məsələ ilə bağlı ölçü götürməlidir:

"Görəsən bunların özü, ailəsi, balaları bu havanı udmur? Bu nə qəddarlıqdır edirlər? DİN və DTX-nın bu məsələyə ciddi yanaşacağına inamım böyükdür. Heç kim yaxasını kənara çəkməsin. Hamı birlikdə sözünü desin. Cibimizə girirlər, həyatımızı zəhərləyirlər, bu mafiyaya dur deyilməlidir. Artıq yetər”.
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR