Yanacağa qənaət etmək üçün mobil əlavə yaradıldı

Yanacağa qənaət etmək üçün mobil əlavə yaradıldı

Rusiyanın "Kompas" şirkətinin əməkdaşları ictimaiyyətə "CompasBP - FuelSpent" adlanan mobil əlavə təqdim ediblər.

Aktual.az lent.az-a istinadən bildirir ki, tərtibatçılar deyiblər ki, bu əlavənin köməyi ilə avtomobil sahibləri yanacaq xərclərini və onun alınması üçün vəsaiti hesablaya biləcəklər. Artıq indidən bu əlavəni ""Apple Store" onlayn mağazasından yükləmək mümkündür.

Yanacağın dəqiq sərfiyyatını müəyyən etmək üçün əlavəyə odometrin dəqiq göstəricilərini, həmçinin doldurulan yanacağın həcmini və onun qiymətini qeyd etmək lazımdır. Xidmət isə istifadəçiyə ona lazım olan bütün məlumatları cədvəl və ya qrafik şəklində təqdim edəcək.

Xəbər 452 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR