XİN-in Konsulluq İdarəsi əməkdaşının şikayəti təmin olunmadı

XİN-in Konsulluq İdarəsi əməkdaşının şikayəti təmin olunmadı

Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyevin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verdiyi apelyasiya şikayətinə baxılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan iclasda İlqar Əliyevin vəkilinin verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə İlqar Əliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan əvvəl XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun də apelyasiya şikayətləri təmin olunmayıb.

Səbail rayon Məhkəməsinin qərarı ilə Fərhad Molla-zadə, Nurupaşa Abdullayev, Səlim Əlizadə və Faiq Bağırovun barəsində də 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov, həmin idarənin əməkdaşı İlqar Əliyev, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunublar.

XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR