"Xəzər Lənkəran"ın stadionu su altında qalıb

  • İDMAN

Azərbaycan Premyer Liqasının VIII turunda "Xəzər Lənkəran" və AZAL komandaları arasıında nəzərdə tutulan matç təxirə salına bilər.

Aktual.az Report-a istinadən xəbər verir ki, Lənkəran klubundan verilən məlumata görə, səbəb dörd gündür yağan aramsız yağışların şəhər stadionunu bərbad vəziyyətə salmasıdır.

Şəhərin bəzi yerlərinə sel gəlib, stadionun yanından keçən Lənkəran çayı dolub-daşmaq üzrədir. Sabah AFFA nümayəndələri Lənkərana gedərək, ümumi stadionun vəziyyəti ilə tanış olacaqlar. Onların rəyindən sonra oyunun keçirilib-keçirilməməsi ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL görüşünün start fitinin oktyabrın 18-də saat 18:00-da çalınması nəzərdə tutulub

Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR