Xərçəng xəstəliyinin müalicəsində aspirinin rolu təsdiq edildi

Xərçəng xəstəliyinin müalicəsində aspirinin rolu təsdiq edildi

Aspirin, başqa sözlə desək salisil turşusu dünyanın bildiyi ən qədim tibbi preparatlardan biridir.

Hələ qədim misirlilər və yunanlar aspirindən istifadə edirdilər. Müasir dövrdə aspirinin insan orqanizminə faydaları hələ də öyrənilməkdədir.

Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, amerikalı alimlərin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, aspirin və tərkibi ona yaxın olan maddələr xərçəng hüceyrələrini zəiflədir və öldürür. Məlum olub ki, bu preparat iltihab yaradan və xərçəng hüceyrələrinin böyüməsinə səbəb olan zülalların işini zəiflədir.

Aspirin immun terapiyasının effektivliyini artırmaq qabiliyyətinə malikdir, eləcə də düz bağırsağın xərçəngi, leykemiya və digər bədxassəli şişlərin müalicəsində səmərəli təsir göstərir. Həmçinin o, kimyaterapiyadan sonrakı müddətdə bərpa olunma mərhələsini 15-20% sürətləndirir.

Kaliforniya Universitetinin professoru Erik Verdin və həmkarları uzun müddət aspirinin xərçəngə təsirini öyrəndikdən sonra bu qərara gəliblər ki, salisil turşusu və ona bənzər maddələr, eləcə də onun daha səmərəli analoqu olan diflunizal siçanların orqanizmində leykemiya hüceyrələrinin yetişməsinin qarşısını alıb və bədxassəli şişlərin inkişafını ləngidib. Buna görə də alimlər leykemiya ilə mübariəzədə aspirin və diflunizalın kimyaterapiyanın komponentlərindən biri kimi istifadəsinin çox səmərəli olacağı qənaətinə gəliblər.

Xəbər 578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR