Xarkovda ATIŞMA: Azərbaycanlı güllələndi

Xarkovda ATIŞMA: Azərbaycanlı  güllələndi

Dünən axşam Ukraynanın Xarkov şəhərində restoran yaxınlığında baş verən atışma nəticəsində bir nəfər həlak olub, bir nəfər xəsarət alıb. 

"Report"un məlumatına görə, bu barədə Xarkov vilayəti polisinin məlumatında deyilir.
Yerli KİV-in məlumatına görə, atışma nəticəsində Azərbaycan vətəndaşı həlak olub, Gürcüstan vətəndaşı isə xəsarət alıb.
"Restoranlardan birində, təqribən, 10 nəfərdən ibarət qrup istirahət edib. Onlar restorandan çıxandan sonra bir neçə naməlum şəxs gözlənilmədən onlara yaxınlaşaraq silahdan atəş açıb", - polisin məlumatında deyilir.
"Qəsdən adamöldürmə" maddəsi ilə cinayət işi açılıb.
 
Aktual.az
Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR