Vyetnamın televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilib

Vyetnamın televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilib
  • DÜNYA

Vyetnamın 50 milyondan artıq izləyicisi olan VTC1 televiziya kanalında "Azərbaycan-Sirlər Yurdu" adlı sənədli film nümayiş etdirilib.

Aktual.az Trend-ə istinadən bildirir ki, filmdə Azərbaycanın turizm imkanları, mətbəxi, təbiəti, milli musiqisi və rəqsi, xalçaçılıq sənəti, çövqən oyunu, habelə qədim tarixi abidələri və zəngin memarlığından geniş bəhs edilib.
Filmdə Azərbaycanın Şərqlə Qərb arasındakı kəsişdiyi müstəsna yerlərdən, zəngin mədəniyyətə malik və son illər ərzində dünyanın sürətlə inkişaf edən ölkələrdən biri olduğu xüsusi vurğulanıb. Eyni zamanda Azərbaycanın əsrarəngiz təbiətə malik olması ilə yanaşı dünyanın zəngin qədim tarix və memarlıq mərkəzlərindən biri hesab olunduğu bildirilib.
Həmçinin filmdə Bakının qədimliyi, habelə Azərbaycanın zəngin və qədim mədəniyyəti və tarixinin bariz təzahürü olan İçərişəhər tarix-memarlıq və Qobustan dövlət tarixi-bədii qoruğları haqqında geniş bəhs edilərək hər iki kompleksin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi qeyd olunub. Filmdə Azərbaycandakı binaların tarixiliyi barədə müfəssəl məlumat verilərək XX əsrin əvvəllərində Bakı şəhərində Avropa memarlığı üslübu ilə yeni binaların tikildiyini və müasir dövrdə də həmin təmayülün davam edildiyi seyircilərin diqqətinə çatdırılıb.

Filmdə Vyetnam media və turizm şirkətlərinin nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri və keçirdiyi görüşlər haqqında dolğun məlumat verilərək hər iki ölkənin turizm sahəsində geniş əməkdaşlıq potensialına malik olduğu xüsusi vurğulanıb.
Sənədli filmin yekununda vyetnamlılara müxtəlif iqlim qurşağında yerləşən və turistlər üçün son dərəcə cazibədar olan Azərbaycana səfər etməyə tövsiyə olunub.
Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR