Vitse-admiral Şahin Sultanov məhkəmədə çıxış edib

Vitse-admiral Şahin Sultanov məhkəmədə çıxış edib

Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin apellyasiya şikayəti və prokurorun protesti əsasında məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Şahin Sultanovun vəkilləri Emil Bədəlov və Telman Abdiyev çıxış edib. Onlar hökmün ləğvini və bəraət hökmünün çıxarılmasını istəyiblər.
Şahin Sultanov isə çıxışında deyib ki, hökmün heç bir əsası yoxdur, ittihamlar saxtadır: "Mən qırx il hərbiçi işləmişəm, hər il orden və medallarla təltif edilmişəm. Surət Hüseynovun qiyamının yatırılmasında iştirak etmişəm. Hər il yoxlama aparılıb və hər şey qaydasında olub. Lakin birdən dedilər ki, hər şeyi satmışıq".
Hazırda iclas davam edir.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab olunub. Ş. Sultanov apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Digər təqsirləndirilənlər Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərova da şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırov da şərti cəzaya məhkum edilərək, həbsdən azad ediliblər.
Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib.

Aktual.az
Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR